İnsan iradəsini, ağlını, vicdanının səsini dinləmədiyi təqdirdə çox səbirsiz olur. Hər şey dərhal olsun, hər hadisə dərhal nəticələnsin istəyir. Bir az cəhd etdiyində istədiyi şeyi asanlıqla əldə etsin, bir problemi dərhal həll etsin, bir çətinliyin öhdəsindən dərhal gələ bilsin, bir sözlə çətinliklərin dərhal bitməsini istəyir. Amma dünya həyatındakı imtahan səbəbiylə, bəzən hər şey o qədər tez və qısa müddətdə həll edilməz. Bəzən insanın bir mövzuda aylarla hətta illərlə əmək sərf etməsi, çox uzun bir müddət səbir göstərməsi lazım olur. İnsanın səbr etdiyi müddətdə "Olmur", "Demək ki səhv yoldayam", "Mənim bu etdiklərim heç bir işə yaramır", "Bu yolda səy göstərməyim, bundan bir şey çıxmaz" kimi səhv düşüncələrə qapılmaması lazımdır.
Xocalı - 26.02.1992 Şuşa - 08.05.1992 Laçın - 18.05.1992 Xocavənd - 02.10.1992 Kəlbəcər - 02.04.1993 Ağdərə - 17.06.1993 Ağdam - 23.07.1993 Cəbrayıl - 18.08.1993 Füzuli - 23.08.1993 Qubadlı - 31.08.1993 Zəngilan - 29.10.1993