Namaz iki növ əməldən təşkil olunmuşdur.
1-Hərəkət və vəziyyətlər;
2-Tilavətlər;
Hərəkət və vəziyyətlər aşağıdakılardan ibarətdir.
1-Düz və aram dayanmaq;
2-Ruku; (əyilmək);
3-Səcdə (alını yerə və ya möhürə qoymaq);
4-Təşəhhüd və salam demək üçün əyləşmək;
Tilavətlər (oxunuşlar) isə aşağıdakılardır:
1-Allahu əkbər;
2-Fatihə və surə;
3-Rüku və səcdələrin zikri;
4-Allah və Onun Rəsuluna şəhadət vermək, sonra Allahdan həzrət
Peyğəmbər (s) və onun Əhli-beyti üçün bərəkət və rəhmət diləmək və daha
sonra salam demək. Bununla da namaz sona yetir.
Dini göstərişlərə əsasən, hər bir müsəlman gündə beş dəfə namaz qılıb, Allaha ibadət etməlidir.
Hər bir müsəlmana vacib olan gündəlik namazlar aşağıdakılardan ibarətdir:
1-Sübh namazı ð İki rək`ət (Dan yeri söküləndən gün çıxana qədər);
2-Zöhr namazı ð Dörd rək`ət (Günorta çağı);
3-Əsr namazı ð Dörd rək`ət (Günortadan bir az sonra);
4-Məğrib namazı ð Üç rək`ət (Gün batandan sonra);
5-İşa namazı ð Dörd rək`ət (Məğrib namazından bir az sonra).
Namazın hər bir rək`əti qiyam (ayaq üstə durmaq), qiraət (oxunuş), ruku və səcdələrdən təşkil olunmuşdur.
Hər iki rək`ətdən sonra bir təşəhhüd oxunmalıdır.
Cümə günlərində qılınan Cümə namazı Zöhr namazını əvəz edir və iki rək`ət qılınır.
İki rək`ətdən ibarət olan Sübh namazının qılınma qaydasını öyrəndikdə,
digər vacib namazların qılınma qaydasını da öyrənmək sənin üçün
asanlaşacaqdır. Elə buna görə də hər şeydən öncə yalnız namazın vacib
hissəsini qeyd edəcək və daha sonra namazın bir sıra müstəhəb
əməllərini diqqətinizə çatdıracağıq.
SÜBH NAMAZI
Sübh namazı 2 rək`ətdir və dan yeri söküləndən sonra qılınır.
Dəstəmaz aldıqdan sonra, qibləyə tərəf durur və namaza başlayırıq.
1-İqamə:
2-Niyyət:
Ayaq üstə duran halda «Sübh namazını qılıram, qürbətən iləllah» sözünü qəlbdən keçirmək.
(Şəkil: 1)
3-Təkbirətul-ehram:
İki əlləri qulaqlara qədər qaldırıb, «Allahu əkbər» deyərək namaza başlamaq. (Bax: şəkil-2)
3-Qiraət:
«Allahu əkbər» dedikdən sonra ayaq üstə duran halda «Həmd» və «İxlas» surələrini oxumaq.
«Həmd» surəsi belədir:
Bismillahir-Rəhmanir-Rəhim.
Əlhəmdu lillahi Rəbbil-aləmin.
Ərrəhmanir-Rəhim. Maliki yəvmid-din.
İyyakə nə`budu və iyyakə nəstəin.
İhdinəs-siratəl-mustəqim.
Siratəlləzinə ən`əmtə ələyhim, ğəyril-məğzubi ələyhim vələz-zallin.
«Həmd» surəsini oxuduqdan sonra «İxlas» surəsini oxuyuruq. «İxlas» surəsi isə belədir:
Bismillahir-Rəhmanir-Rəhim.
Qul huvəllahu əhəd. Əllahus-saməd. Ləm yəlid və ləm yuləd. Və ləm yəkulləhu kufuvən əhəd.
4-Ruku:
«Həmd» və «İxlas» surələrini oxuduqdan sonra əyilib əllərimizi
dizlərimizə qoyaraq, üç dəfə «Subhanəllah» demək və daha sonra ayağa
qalxmaq. (Şəkil: 3-4)
5-Səcdə:
Qiyamdan sonra səcdəyə gedərək, alnımızı möhürə qoyub üç dəfə «Subhanəllah» demək. (Şəkil: 5)
Şəkil: 5
Qeyd etmək lazımdır ki, səcdə halında alın, əllərin içi, ayaqların baş barmaqları və diz qapaqları yerə qoyulmalıdır.
Birinci səcdədən baş qaldıraraq bir anlıq diz üstə oturur (bax: Şəkil:
6) və bir daha səcdəya gedərək üç dəfə «Subhanəllah» sözünü təkrar
edirik.
Şəkil: 6
İkınci səcdəni yerinə yetirdikdən sonra yenidən diz üstə oturur və bununla da namazın birinci rək`ətini qılmış oluruq.
Namazın ikinci rək`ətini qılmaq üçün ikinci səcdədən sonra bir anlıq
diz üstə əyləşir, daha sonra dərhal ayağa qalxaraq «Həmd» və «İxlas»
surələrini oxuyuruq.
6-Qunut:
Namazın bu hissəsi vacib olmasa da bəyənilmiş bir iş sayılır. (Şəkil: 7)
Qunut, 2-ci rək`ətdə «Həmd» və «İxlas» surələrindən sonra və rukuya getməzdən öncə oxunur.
Qunutda iki əllərin içini üzümüz önündə tutaraq, dua oxuyuruq. Qunutda
bu duanı oxumaq daha yaxşıdır: «Allahummə səlli əla Muhəmmədin və Ali
Muhəmməd».
Qunutdan sonra əllərimizi yanımıza salıb, rukuya gedir və üç dəfə «Subhanəllah» sözünü təkrar edirik.
Bundan sonra ayaq üstə durur və bir az dayandıqdan sonra səcdəyə gedərək, üç dəfə «Subhanəllah» sözünü təkrar edirik.
Bu zikrləri dedıkdən sonra səcdədən qalxır və azacıq dayandıqdan sonra
bir daha səcdəyə gedərək üç dəfə «Subhanəllah» sözünü təkrar edirik.
7-Təşəhhüd:
İkinci səcdədən sonra diz üstə əyləşib bu sözləri deyirik:
Əlhəmdulillah, Əşhədu əlla ilahə illəllah. Vəhdəhu la şərikə ləh və
əşhədu ənnə Muhəmmədən əbduhu və Rəsuluh. Allahummə səlli əla
Muhəmmədin və Ali Muhəmməd. (Şəkil: 8)
8-Salam:
Təşəhhüd sona çatdıqdan sonra belə deyirik:
Əssəlamu ələykə əyyuhən-Nəbiyyu və rəhmətullahi və bərəkatuh.
Əssəlamu ələyna və əla ibadillahis-salihin.
Əssəlamu ələykum və rəhmətullahi və bərəkatuh.
Salamı dedikdən sonra, üç dəfə «Allahu əkbər» deyir və beləliklə də sübh namazını sona çatdırırıq.
Qeyd etmək lazımdır ki, hər namaz qurtardıqdan sonra alını möhürə
qoyub, şükr səcdəsi etmək və səcdədə üç dəfə «Şukrən lillah» (yə`ni;
Allaha şükr olsun) sözünü demək bəyənilmiş işlərdən sayılır.
ZÖHR NAMAZI
Zöhr namazı 4 rək`ətdir və günorta çağı qılınır. Zöhr namazının qılınma qaydası belədir:
1-Niyyət:
Zöhr namazı qılıram, vacib qürbətən iləllah sözünü qəbdən keçirmək.
2-Təkbirətul-ehram:
Allahu əkbər demək. Zöhr namazı təkbir dedikdən sonra eynilə Sübh
namazı kimi qılınır. Lakin təşəhhüddən sonra salam deməmiş, ayağa
qalxaraq üçüncü və dördüncü rək`ətləri aşağıda göstərilən şəkildə
tamamlamaq lazımdır:
3-Təsbihatı demək:
Subhanəllahi vəl-həmdulillahi və la ilahə illəllah vallahu əkbər-(3 dəfə).
4-Ruku:
5-Rukudan qalxmaq:
6-Səcdə:
7-Səcdədən qalxmaq:
8-İkinci dəfə səcdəyə getmək:
9-İkinci səcdədən qalxmaq:
İkinci səcdədən qalxdıqdan sonra bir daha ayağa qalxır və üçüncü rək`ət kimi dördüncü rək`əti belə qılırıq:
1-Təsbihatı üç dəfə demək.
2-Ruku.
3-Rukudan qalxmaq.
4-Səcdə.
5-Səcdədən qalxmaq.
6-İkinci dəfə səcdəyə getmək.
7-İkinci səcdədən qalxmaq.
8-Təşəhhüd.
9-Salam.
10-Təkbir (3 dəfə).
ƏSR NAMAZI
Əsr namazı eynilə Zöhr namazı kimi olub, təkcə niyyətdə fərqlənir. Əsr namazı 4 rək`ətdir və Zöhr namazından sonra qılınır.
Əsr namazının niyyəti belədir:
«Əsr namazını qılıram, qürbətən iləllah».
Zöhr və Əsr namazlarını həm bir-birinin ardınca, həm də bir-birindən
fasilə ilə (yə`ni öz fəziləti vaxtında) qılmaq olar. Lakin onları
ayrıca (öz fəzilətli vaxtında qılmaq, daha üstün və bəyənilmiş sayılır).
MƏĞRİB NAMAZI
Məğrib namazı 3 rək`ətdir. Bu namaz günəş batdıqdan sonra və İşa namazından qabaq qılınır.
Məğrib namazının qılınma qaydası belədir:
1-Niyyət:
«Məğrib namazı qılıram qürbətən iləllah».
2-Təkbirətul-ehram.
3-Təkbir dedikdən sonra sübh namazı kimi 2 rək`ət qılınır, amma 2-ci
rək`ətdə təşəhhüddən sonra salam deməmiş ayağa qalxıb 3-cü rək`ətə
məşğul oluruq.
Namazının 3-cü rək`əti, Zöhr və Əsr namazlarının 3-cü rək`ətləri kimidir.
Şam namazının 3-cü rək`ətində ikinci səcdədən qalxdıqdan sonra,
təşəhhüd və salam deyilir və üç dəfə Allahu əkbər deməklə namaz
tamamlanır.
İŞA NAMAZI
İşa namazı dörd rək`ətdir. Bu namaz Məğrib namazından sonra qılınır və
onun qılınma qaydası eynilə Zöhr və Əsr namazları kimidir.
İşa namazı yalnız niyyətdə Zöhr və Əsr namazlarından fərqlənir. İşa namazının niyyəti isə belədir:
«İşa namazı qılıram qürbətən iləllah».
Qeyd etməliyik ki, Sübh, Məğrib və İşa namazlarında kişilər «Həmd» və
«İxlas» surələrini ucadan, Zönr və Əsr namazları, həmçinin təsbihatları
isə astadan oxumalıdırlar.
NAMAZDA BİR NEÇƏ ŞEYƏ DİQQƏT YETİRMƏK ZƏRURİDİR:
1-Namaz halında danışmamaq;
2-Namaz halında qəh-qəhə ilə gülməmək;
3-Namaz halında yemək və içməkdən pərhiz etmək;
4-Namaz halında qiblədən üz döndərmək;
5-«Həmd» surəsindən sonra amin deməmək;
6-Namaz qılarkən əlləri bir-birinin üzərinə qoymamaq və s.
Qeyd olunanların hamısı namazı batil edən amillərdən sayılır.
7-Qızlar və qadınlar həm namaz qılarkən, həm də digər vaxtlarda dini örtüyə riayət etməlidirlər.