Her kes axira kimi oxusun!!!
Şəhid Ayətullah Seyyid Məhəmmədbaqir Sədr
BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM
ŞİƏLİK İSLAMLA EYNİ ZAMANDA YARANMIŞDIR...
Şiəlik, başqa sözlə şiə adlı ideoloji və əqidəti bir məktəbin yaranma tarixi həm keçmişdə, həm də müasir dövrdə tədqiqatçı alimlərin diqqət mərkəzində olan məsələlərdəndir. Onlardan hər biri bu məsələ barəsində müəyyən cəhətdən araşdırmalar aparmış və müxtəlif mühakimələr yürütmüşlər. Bəlkə də elm tarixində çox az məsələ tapmaq olar ki, ona bu şəkildə qərəzçilik mövqeyindən yanaşılsın, son dərəcə əsassız fikirlər və mülahizələr söylənilməklə tədqiqatçılıq üslubuna xəyanət edilsin.
Şiə ideologiyası heç də tarixi mə`lum olmayan, unudulmuş bir məktəb deyildir ki, onun yaranması haqda bu qədər fikir ayrılığı və ixtilaf mövcud olsun. Şiələr özləri də məchul və namə`lum bir millət deyildir ki, başqaları oturub onun üçün tarix yazsın, kökünü Əbdüllah ibni Səba kimi əfsanəvi bir şəxslə və ya Əli (əleyhissalam)-a qarşı məhəbbətdə ifrata varanlarla əlaqələndirsinlər və yaxud onu Misirdə Fatimilərin, İranda şiə məktəbini yayan Səfəvilərin hökumətindən yaranan bir şey bilsinlər.
Şiəlik tarixini şiələrin özləri başqalarından daha yaxşı bilməlidirlər. Bu ideologiyanın tarixi və e`tiqadi üsulları ilə tanış olmaq üçün şiəliyin rəsmi və mö`təbər kitablarına baxmaq, bundan sonra mühakimə yürütmək lazımdır. Qərəzçi şərqşünaslara, yaxud mə`lumatsız yazıçıların əsərlərinə müraciət etməkdən uzaq olmaq lazımdır.
Hazırkı İslam dünyasının dörddə-birini təşkil edən şiə cəmiyyəti bütün əsrlərdə elmin müxtəlif sahələrinə yüksək səviyyəli alimlər təqdim etmişdir. Bu məktəbin elm xadimləri istər islami, istərsə də qeyri-islami elmlərin hər bir sahəsində minlərlə nəfis, qiymətli kitablar yazaraq bəşəriyyətin inkişaf etdirilməsində özünəməxsus yer tutmuşlar. Onlar tarix boyu dəfələrlə hakimiyyətə gəlmiş, Həmdanilər, Alibəveyh, Fatimilər və bu kimi nəhəng dövlətlər təşkil etmişlər. Hal-hazırda da dünyanın müxtəlif yerlərində onlarla böyük elmi-tədqiqat mərkəzləri yaratmış, humanitar və əqli elmlər sahəsində dünya şöhrətli alimlər, filosoflar yetişdirmiş və İslam elmlərinin nəşr olunması yolunda çox yüksək nailiyyətlər əldə etmişlər.
Belə bir böyük cəmiyyətin əqidələrinin təhqir olunması, haqqında rəva görülən qərəzçilik, əsassız mülahizələr uydurmaqla mə`nəvi hüquqlarının tapdalanması ən azı insafsızlıqdır. Doğrudur, keçən əsrlərdə mə`lumatsızlıq ucbatından və ya elmi mənbələrin kifayət qədər olmaması səbəbilə müsəlmanların çoxu, hətta bə`zi məktəblərin alimləri bu ideologiya barəsində lazımi mə`lumatlara yiyələnə bilməmişlər, lakin müasir dövrdə bu barədə obyektiv danışmayanların siyasi düşmənçilik və ya məzhəbi tə`əssübkeşlik mövqeyindən çıxış etməməsinə heç cür inanmaq olmur. Mən Məkkədə Maliki məzhəbindən olan alimlərin birindən eşitdiyim acı xatirəni heç vaxt unuda bilmirəm. 1376-cı qəməri ilində (44-il əvvəl) həcc ziyarətinə getmişdim. Bir məclisdə, qeyd olunan şəxs məndən qəribə bir tərzdə soruşdu: «Şiəliyin fikir və e`tiqadi əsaslarından bəhs edən bir kitab vardır? İstəyirəm bu məktəb haqqında müəyyən mə`lumat əldə edim.» Mən bu sözü eşitdikdə narahat oldum, uzun illər boyu Məkkə şəhərinin məhkəmə və qəzavət işlərini öhdəsinə alan, eyni zamanda tədrislə məşğul olan bir alimə təəssüb etdim. Mən az da olsa şiəlik tarixi, alimləri və müəllifləri, habelə şiə alimləri barədə yazılan çoxlu kitablardan ona müəyyən qədər izahatlar verdim. Sonra öz-özümə fikirləşdim ki, əgər islamın böyük bir elmi-mədəni mərkəzində fəaliyyət göstərən alimin mə`lumatı bu səviyyədədirsə və dəyərli kitablardan azacıq belə mə`lumatı yoxdursa, onda gör elmdən uzaq düşmüş savadsız və avam camaat nə vəziyyətdədir?!
Şiəlik tarixi barəsində qısa şəkildə demək lazımdır ki, bu məktəb bir növ islamın boyuna biçilmiş bir libasdır. Başqa sözlə, şiəlik mahiyyət, məfhum və mə`na e`tibarilə islamdan başqa bir şey deyildir. Bu məktəb Rəsuli-əkrəmin (s) dövründə və vəfatından sonra O Həzrətin öz aşkar göstərişi[1] ilə Əhli-beytə – Peyğəmbərin ailəsinə – tabe olan yeganə məzhəbdir. Onlar sonrakı əsrlərdə də bu məktəbə, yə`ni Peyğəmbər və Əhli-beytə tabe olub İslama məhz bu nəzərdən baxan müsəlmanlardır. Şiə bu deməkdir və şiəlik də bundan qeyri bir şey deyil. Belə olan surətdə e`tiraf etmək lazımdır ki, şiəlik həmin islamdır. Onun xüsusiyyətlərindən biri də on iki İmama, Əmirəl- mö`minin Əli (əleyhissalam) və onun sair övladlarının Peyğəmbərin vəfatından bilavasitə sonrakı xilafətinə e`tiqad bəsləməkdir. Şiəliyin islamla azacıq da olsa belə fərqi yoxdur. Şiə sözündə onlarla sair müsəlmanlar arasında fərq qoyan, əsaslı bir e`tiqadı göstərən rəmz vardır. Buna əsasən şiəlik üçün heç də ayrı bir tarix axtarmaq, onların tabe olduqları məktəbin yaranması barədə qeyri-islami bir fəsil açmaq düzgün deyildir. Habelə şiəliyi islamdan, şiələri müsəlman cəmiyyətlərindən başqa yerdə axtarmaq məntiqi deyildir. Başqa sözlə desək, şiələr bütün e`tiqadi və əməli işlərdə Qur`an göstərişlərinə və Peyğəmbər sünnəsinə tabe olan Peyğəmbər yardımçılarıdır. Onlar rəhbərlik məsələsində, ilahi hökmlərin əxz olunmasında, «Yovmuddar»-da, Peyğəmbərin Təbuka getdiyi vaxtda və nəhayət vida həccindən qayıdarkən «Qədir-xum» adlı bir yerdə Peyğəmbərin özündən eşitdikləri vəsiyyətə – daha doğrusu müsəlmanlar üçün müqəddəratı və son dərəcə mühüm olan ilahi göstərişlərə – əməl edənlərdir. Onlar Peyğəmbərin vəfatından sonra heç də bə`ziləri kimi öz düzgün olmayan ictihadlarını və şəxsi rə`ylərini o həzrətin buyurduqlarından üstün sanmamış, əksinə o həzrətin səmavi göstərişlərini həyatları boyu rəhbər tutmuşlar. Be`sətin üçüncü ilində Peyğəmbərə əmr olunmuşdu ki, öz risalət vəzifəsinin aşkar icrasına başlasın və ilk növbədə öz qohum-əqrəbasını islama də`vət etsin. Buna görə də Rəsuli-əkrəm Bəni-haşimi və onların görkəmli şəxsiyyətlərini öz evinə də`vət etdi, çoxlu söhbətlərdən sonra onlara üz tutub Əli (əleyhissalam) barəsində dedi: «Həqiqətən bu mənim qardaşım, vəsim və sizin aranızdakı xəlifəmdir. Onun sözlərini eşidib əmrlərinə itaət edin.»
Peyğəmbər (s) Təbuk səfərinin əvvəlində mə`lum səbəblərə görə Əli (əleyhissalama) buyurmuşdu: «Sən istəməzsənmi ki, səninlə mənim münasibətim Harunla Musanın münasibəti kimi olsun? Bu fərqlə ki, məndən sonra heç bir Peyğəmbər yoxdur.»
«Qədir-xum» hadisəsi o qədər aşkar məsələdir ki, bu barədə əlavə izaha ehtiyac yoxdur.
Qeyd olunan hədislər və bu məzmuna malik olan digər rəvayətlər, rəhbərliyin Əli (əleyhissalama) məxsus olmasına e`tiqadlı olan, Rəsul-əkrəmin ailəsini ümmətin vacib və haramlarını bəyan etməkdə müraciət yeri kimi seçən, mühacir və ənsardan ibarət olan bir qrupun (şiələr) həqiqi məntiqidir.
Onlar məhz bu səbəbə görə özünəməxsus yol seçmiş, Peyğəmbər vəsiyyətini kənara qoyaraq ilahi xilafəti həqiqi mehvərindən didərgin salanların ardınca getməmişlər. Buna əsasən demək lazımdır ki, İslam və şiəlik, tarixi nöqteyi-nəzərdən də eyni vaxtda başlanmışdır.
Peyğəmbər öz nübüvvətini e`lan etdiyi zaman İmam Əli (əleyhissalam)-ın canişinlik məsələsini də camaata çatdırmışdır. O həzrət müxtəlif münasibətlərlə əlaqədar olaraq Qur`anı və öz pak Əhli-beytini bir-birindən ayırılmaz iki böyük əmanət kimi xalqa tapşırmışdir