BİSMİLLAH
VƏ BİLLAH!
Musiqinin haramlığı barədə
Kəbirə olması aşkar şəkildə buyurulan
günahların on beşincisi musiqi alətləri ilə meşğul olmaq, saz, tar, kamança,
pianina, tənbur və s. kimi şeyləri çalmaq ve yaxud onların səsinə qulaq
asmaqdır.
Fəzl ibni Şazanin Imam Rza(ə)-dan nəql
etdiyi hədisdə onun kəbirə günah olmsaı buyurulur:”Vəl-Iştiğalu bil-məlahi”
Bütün fəqihlərin nəzərinə əsasən, musiqi alətlərinin
alveri ve duzəldilməsi haramdır!Qumar alətlərində olduğu kimi, onların da
saxlanması haram, aradan aparılması isə vacibdir.Bələ ki ”Tuhəful-uqul” da imam
Sadiq(ə)-dan nəql edilən bir hədisdə bu məsələ qeyd olundu.Şeyx hurr Amili
"Fusuli muhimmə” kitabında rəvayət edir ki, Hz. Imam Sadiq(ə) belə
buyurur: Heç bir halal yönə malik olmayan, şər və fəsaddan başqa bir nəticəsi
olmayan sənətkarlıq, bərbət(uda oxşayan musiqi alətidir),tütək, eləcə də hər
növ musiqi aləti,məsihilərin xaç şəkli və buna oxşar şeyləri öyrətmək,öyrənmək,onlarla
məşğul olmaq,həmçinin əvəzində pul almaq və onlarla hər növ təsərrüf etmək
haramdır!
Musiqi barəsində
Əhli-Beyt hədisləri:
Musiqi alətləri ilə məşğul olmağın
,yaxud onlara qulaq asmağın haram olması barəsində çoxlu hədis nəql
edilmişdir.Imam Sadiq(ə) buyurur ki,Peyğəmbəri-Ekrəm(s) buyurmuşdur:”Mən sizə rəqs
etmeyi(oynamağı),tutek,bərbət və təbil(nağara) çalmağı qadağan edirəm”
Həzrət yenə buyurur:”Allah -Taala məni
bütün aləmlərə rəhmət olaraq göndərmişdir.Həmçinin buna görə göndərmişdir
ki,sazları,tutəkləri(calğı alətlərini),eləcə də cahiliyyət dövründə mövcud
olanları-bütləri və əzlami batil edib aradan aparam.”
Həmçinin
Imam Sadiq(ə)-dan bələ nəql olunur: Allah hər kəsə bir nemət versə və o şəxs də
nemət verilən zaman musiqi aləti(mizmar)hazır etsə, o nemətə qarşı nankorluq etmişdir
Musiqi Nifaq yaradır ,qeyrəti
aparır.Hz. Imam Sadiq(ə) yənə buyurur:”Uddan istifadə etmək,yaxud onun səsinə
qulaq asmaq insanın qəlbində nifaq cücərdir,necə ki ,su ,bitkiləri cücərdir.”Həzrət
yenə buyurur:”Hər kəsin evində qırx gün bərbət calınsa və camaat da onun yanına
gəlsə,şeytan öz bədənini onun bədəninə sürtər,o kişinin qeyrəti aradan gedər.(Qeyrətsizlik
də) elə bir həddə çatar ki ,əgər onun arvadı ile çirkin əməl (zina ) edilərsə,açığı
gəlməz”
Başqa bir hədisdə Hz. Sadiq(ə) buyurur
ki,bu iş ondan abır-həyanı alar.Onun ,öz barəsində deyilənlərdən,yaxud onun öz
dediklərindən heç bir qorxusu olmaz.
Muşahidə
olunduğu kimi,gecə-gündüz evlərində radiodan musiqiyə qulaq asan şəxslər əksər
hallarda həya və qeyrətdən məhrum olurlar.
Musiqi xeyir bərəkəti aparır.Əmirəl-Muminin
Əi(ə) buyurur:”Mələklər şərab içilən,yaxud qumar ve çalğı alətləri olan evə
daxil olmaz,o evin əhlinin etdiyi dualar qəbul olunmaz və xeyir –bərəkət həmin
evdən qalxar”.
Imam Rza(ə) buyurur:”Musiqi alətlərinin
səsinə qulaq asmaq kəbirə günahlardandır(Kebire boyuk demekdir).
Üzü qara şəkildə
məhşərə daxil olar.
Peyğəmbər Əkrəm(s) buyurur:Qiyamət günü
tənbur sahibi qara üzlə məhşərə daxil olacaq.Onun əlinə cəhənnəm odundan bir tənbur
veriləcək,başının üstündə yetmiş min əzab mələyi olacaqdır.Onların hər birinin əlində
cəhənnəm odundan bir əmud vardır.Onlar əmudla həmin şexsin başına və üzünə
vuracaqlar.Ğina əhli də kor,kar ve lal halda məhşərə daxil olacaqdır.Həmçinin
zinakar ve musiqi alətlərini saxlayan şəxs də həmin cür məşhur olacaqdır.
Qırx gün
musiqi alətləri ilə birgə olanlar
Imam Rza(ə) buyurur:”Her kəsin evində
qırx gün musiqi aləti,yaxud qumar aləti olsa,Allahın qəzəbinə ducar olar.Egər
bu müddət ərzində ölsə,günahkar və fasiq kimi dünyadan getmiş olur,onun yeri cəhənnəmdir.O,necə
də pis yerdir.
Axır
zamanda açıq aşkar musiqi
Axır zamanın əlamətlərini bəyan ədən bir
rəvayətdə belə deyilir:”Axı zamanda ləhv(musiqi) alətləri çalınar və onları bu
yaramaz işdən qaytaracaq bir şəxs olmaz.Hətta bir şəxs qadağan etməyə cürət belə
etməz.”Bu dövrdə muşahidə olunduğu kimi,küçə
bazarlarda,xiyabanlarda,mağazalarda ve evlərdə musiqi uca səslə oxudulur ve heç
kəs də bunun qarşısını almağa qadir deyildir.Hemçinin ən müqəddəs məkanlarda(yəni
Məkkə və Mədinə) açıq aşkar şəkildə ğina səsləri efirə buraxılır
Müəllif: Gənc_lider:
Məqalə
"Böyük günahlar” kitabına istinadən 2-ci cildindədir. Rəylərinizi mütləq
yazın. İstinad vacib deyil hamı bunu savaba başqa saytlarda yerləşdirə bilər.
|