Vəhabilər tərəfindən yerlə-yeksan edilən məzarı Türkiyənin ATV kanalının əməkdaşları aşkarlayıblar
Səudiyyə Ərəbistanını qarış-qarış gəzən Türkiyənin ATV kanalının əməkdaşları Məhəmməd Peyğəmbərin (s) anası Aminənin Ebva kəndindəki itkin qəbrini tapıblar.Peyğəmbərimizin 6 yaşında ikən itirdiyi anası xanım Aminənin məzarını tapanlar həmçinin naviqatorlar vasitəsi ilə onun koordinatlarını da təyin ediblər.
Məkkədən 150, Mədinədən 300 kilometr məsafədə yerləşən məzar 5 il əvvəl inşaat maşınlarının ərazidə gördüyü işlər nəticəsində dağıdılımışdı və o vaxtdan məzarı heç kim tapa bilməmişdi.Bölgəni yaxşı tanıyan Erkan Aydının rəhbərliyi ilə 50 dərəcədən yüksək temparatur olan hava şəraitində 7 saat boyunca araşdırma aparılıb və nəhayət qrup istəyinə nail olub.
Xatırladaq ki, məzarın qəbristanlıq və türbələri azğınlıq hesab edən vəhhabilər tərəfindən yerlə yeksan edildiyi də bildirlir. Həmin məzarın üstündə isə Osmanlılar dövründə türbə tiklib.
Qeyd edək ki, ATV çəkliş qrupu ramazan ayı boyunca efirə veriləcək "Məkkə və Mədinə Sahur" proqramının çəkilişləri üçün Səudiyyə Ərəbistana gedib.Faktxeber.com