Düşünmə qabiliyyəti insana qısa dünya həyatında verilən ən böyük nemətlərdən biridir. Çünki insan ancaq dərin düşünərək Allahın sonsuz gücünün, kainatdakı qüsursuz sənətinin fərqində olur. Düşünən bir insan dünya üzərindəki hər bir şeyin bir çox hikmətlə yaradıldığını, ölümün yaxın olduğunu və dünya həyatında yerinə yetirməsi lazım olan bəzi məsuliyyətləri olduğunu qavrayar. Quranda bir çox ayədə ancaq düşünən insanların öyüd ala biləcəyi, Allahın varlığının dəlillərini ancaq onların görə biləcəyi bildirilmişdir. Necə ki, Quranın nazil edilmə məqsədi "(Ya Peyğəmbər! Bu Quran) sənə nazil etdiyimiz mübarək (xeyir-bərəkətli) bir Kitabdır ki, (insanlar) onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də (ondan) ibrət alsınlar! (Sad surəsi, 29)” ayəsində xəbər verildiyi kimi, insanların yaxşı düşünmələridir.
Xocalı - 26.02.1992 Şuşa - 08.05.1992 Laçın - 18.05.1992 Xocavənd - 02.10.1992 Kəlbəcər - 02.04.1993 Ağdərə - 17.06.1993 Ağdam - 23.07.1993 Cəbrayıl - 18.08.1993 Füzuli - 23.08.1993 Qubadlı - 31.08.1993 Zəngilan - 29.10.1993