Zillət bizdən uzaqdır Çərşənbə axşamı, 2025-02-11, 1:54 AM

Nikiniz Qonaq | Qrupunuz "Qonaq" Xoş gəlmisiniz Qonaq | RSS

Bismillehir Rehmanir Rehim. Allahumme kulli veliyyikel Huccet ibnil Hesen. Selavutuke aleyhi ve ela ebaih. Fi hazissaeti ve kulli saeh, Veliyyen ve hafizen va qaidan ve nasira ve delilan ve eyna hetta tuskineku erzeka teva, ve tumettieyu fiha tevila va birehmetika ya Errahimin

Site menu

Bölmələr
Qurani Kərim
Videolar
Moizələr
Mərsiylər, Roizələr
Əhli beytimiz
Dualar
Xəbərlər
Maraqli yazılar
Müxtəlif yazılar
Şəriətimiz
Hədislər
Rəvayət və Hekayələr
Proqramlar
Evlilik
Qan yaddaşımız
Əbədi yaşarlar
Şübhələrə cavab
Şeirlər& Qəzəllər
İlahi mahnılar

Xəbər təqvimi
«  Mart 2010  »
BB.eÇ.aÇC.aCŞ
 123456
78910111213
14151617181920
21222324252627
28293031

Xəbər arxivi

Əl Əcəl Ya Mehdi


Hava haqqında

Fələstinə yardım

Baykot

Facebook

Namaz vaxti Moskva

Main » 2010 » Mart » 9 » CAMAAT NAMAZININ TƏRK ETMƏYİN ZƏRƏRLƏRİ
0:08 AM
CAMAAT NAMAZININ TƏRK ETMƏYİN ZƏRƏRLƏRİ

CAMAAT NAMAZININ TƏRK ETMƏYİN ZƏRƏRLƏRİ


1. Camaat namazına e`tinasızlıq:

Həzrət Əli (ə) buyurur: "Hər kəs camaat namazının azanını eşidə və heç bir üzürü
olmadan camaat namazına getməyə, namazı qəbul deyil.”


2. İmanın kökündən məhrum olmaq:

İmam Sadiq (ə) buyurmuşdur: "Bir qarış miqdarında müsəlman camaatını tərk edən
kəs imanın kökünü öz boynundan qırmışdır.”


3. Məscidin qonşusu:

İmam Baqir (ə) buyurub: "Məscidlə qonşu olub, lakin camaat namazında iştirak
etməyənin namazı kamil deyil. Əgər xəstə və ya başqa üzrlü səbəbi yoxdursa.”


4. Rədd olunmuş namaz

İmam Baqir (ə) buyurub: "Camaat namazının səbəbi müsəlmanların bir yerə cəm olmasıdır. Hər kəs
camaat namazını səbəbsiz tərk etsə onun namazı qəbul deyil.”


5. Gecəni əhya saxlamaq.

Şəhid Sani (r) (ikinci şəhid) nəql edir: "Camaat namazında iştirak edə bilməyənlər
o gecəni sübhə kimi əhya saxlayıb ibadətə məşğul olardılar ki, bəlkə Allah camaat
namazının savabını onlara əta edə.”


6. Namazından bəhrəsizlik:

İmam Sadiq (ə) buyurdu: Camaat namazı yaradıldı ki, camaatla birgə namaz qılanla
namaz qılmayan tanınsın. Və o şəxs ki, namazın vaxtına diqqətlidir, namazın vaxtını
zay edənlərdən seçilsin. Əgər bunlar olmasaydı, heç kəsin şəhadət verməyə ləyaqəti
yox idi. Camaat namazında iştirak etməyənin namazdan heç bir bəhrəsi yoxdur.”
7. Camaat namazını tərk edənlərin cəzası:

Həzrət Əliyə (ə) xəbər verdilər ki, bə`ziləri camaat namazına gəlmir. Həzrət
bir xütbə oxuyub dedi: "Bə`ziləri bizimlə namaz qılmaq üçün məscidə gəlmirsə, bizimlə
yemək yeməsin, su içməsin, məsləhət etməsin, bizdən qız almasın və bizim qənimətimizdən
bir şey götürməsinlər. Bu vəziyyət bizimlə məscidə camaat namazına gələnə qədər
davam etsin”.


8. Camaat namazının fəzilətindən məhrum olmaq:

Peyğəmbər (c) buyurdu: "Cəbrayıl, Mikayıl, İsrafil və Əzrayıl hər biri həştad
min mələklə yanıma gəlib dedilər: "Ey Məhəmməd! Allah sənə salam göndərir və deyir
öz ümmətinə bildir: Baxmayaraq ki, onun əməlləri yer əhlinin əməllərindən çoxdur
Əgər camaat namazında iştirak etməyibsə, öləndə behiştin iyi o kəsə çatmayacaq.
Mən onun o əməllərini qəbul etmirəm. Ey Məhəmməd! Camaat namazını tərk edən mənim
yanımda məl`undur. Mələklərin yanında və səmavi kitablarda Tövrat, İncil, Zəbur
və Furqanda da bu cür şəxslər Allahın lə`nətinə düçar olurlar. Camaat namazını tərk
edən sübhü və əsri Allahın lə`nətində yaşayır. Ey Məhəmməd! Camaat namazını tərk
edənin duasını qəbul etmirəm və rəhmətimi də ona göndərmirəm. Əgər xəstələndilər
görüşünə getməyin, elə ki, öldülər təşyi cənazə etməyin, Yer üzündə camaat namazını tərk
edənlərdən çox mənim əzabıma düçar olan yoxdur. Ey Məhəmməd! Behiştin iyi camaat
namazın tərk edənə nəsib olmayacaq. Ey Məhəmməd! Ölən şəxs camaat namazının əhlindən
olmasa onu, cəhənnəm oduna daxil edərəm.”


9. Müstəhəbb əməl:

İmam Sadiqin (ə) əshabından olan Zürarə və Fuzeyl dedilər ki, imam Sadiqdən(ə) soruşduq: Namazı camaatla
qılmaq vacibdirmi? İmam buyurdu: "Namaz vacibdir, amma bütün namazları camaatla
qılmaq vacib deyil, müstəhəbb əməldir. Əgər bir kəs e`tinasızlıq ucundan mö`min
cəmiyyətdən üz çevirsə, namazı qəbul olmaz.


10. Cəbrayılın sifarişi:

Rəsuli Əkrəm (c) buyurdu: "Cəbrayıl məni camaat namazına o qədər sifariş etdi
ki, namazın camaatsız səhih və qəbul olmadığını güman etdim.”


11. Dinin müsibəti:

Hatəm Əsəm demişdir: "Camaat namazı mənim əlimdən getdi, fəqət bir nəccar mənə baş sağlığı
verdi. Əgər övladım əlimdən getsəydi, on mindən çox adam mənə baş sağlığı verərdi,
çünki insanların yanında dinin müsibəti dünyanın müsibətindən yüngüldür.


12. Baş sağlığı vermək:

Rəvayət olunub ki, keçmişdə bir sıra əməli saleh hər vaxt camaat namazının təkbirətul
ehramına çatmırdılar üç gün bir-birlərinə təsəlli verirdilər və əgər bütöv namaza
çata bilməsəydilər, yeddi gün bir-birlərinə təsəlli verərdilər. Onlar bu işdə çox
sə`y edirdilər. Bə`ziləri ölünün cənazəsini camaat namazına gəlməyənin qapısına
aparırdılar. Eyni zamanda bu iş ölən kəsin də camaat namazında iştirak etməməsinə
bir işarəymiş.


13. Məscid qonşularının camaat namazı:

Əli (ə) Kufəyə hicrətində müşahidə edir ki, məscidin qonşuları namazlarını evdə
qılıb məscidə getmirlər. Bu zaman Həzrət e`lan etdi ya məscidə gəlib namazlarınızı
camaatla birlikdə bir yerdə qılın ya məscidin qonşuluğundan köçüb başqaları ilə
qonşu olun.


14. Peyğəmbərin (c) vəsiyyəti:

Peyğəmbər (c) öz vəsiyyətlərinin birində Abdullah ibn Məs`uda
belə buyurur: "Ey Məs`udun oğlu! Məndən sonra qövmlər gələcək ləziz və cürbəcür
yeməklər yeyəcəklər.” Bunu deyəndən sonra buyurdu: "Dini ictimayyətdə (camaat və cümə namazlarında) iştirak etməyəcəklər.
Onlar İşa və gecə namazlarını yaddan çıxardacaqlar, Sübh namazını səhlənkarlıq edib qəzaya verərlər. Allah-təala onların
barəsində belə buyurur: Namazı zay edib öz şəhvətlərindən itaət göstərənlər özlərindən
bir nəsil qoydular ki, onlar tezliklə azdırıcı əzabı dadacaqlar.”


15. Qul azad etmək:

Abdullah ibni Məs`ud bir gün camaat namazının birinci təkbirinə çata bilmir
və bir təkbirin savabı əvəzində bir qul azad edir. O, Peyğəmbərin (c) xidmətinə
gəlib söyləyir. "Mən namazın birinci təkbirinə çata bilmədiyim üçün bir qul azad
etdim. Bu işlə əlimdən gedən savaba nail olurammı?” Həzrət buyurdu: "Xeyr.” İbni
Məs`ud dedi: Əgər başqa bir qul azad etsəm, təkbirin savabına nail olacağam? Həzrət
buyurdu: "Xeyr ey İbni Məs`ud! Yer aləmində olanları Allah yolunda versən də itirilmiş
savabı dərk etməyəcəksən.”


16. Mənim ümmətimin yəhudilərinə salam verməyin:

İslam peyğəmbəri (c) buyurmuşdur: "Yəhudi və nəsranilərə salam edin, amma mənim
ümmətimin yəhudisinə salam verməyin! Soruşdular: "Sizin ümmətinizin yəhudisi kimdir?
Buyurdu: "Azan və iqaməni eşidib camaat namazına gəlməyənlər.”


17. Camaat namazını üzürsüz tərk etmək:

Əziz İslam peyğəmbəri buyurub: "Məsciddə üzürsüz camaat namazı qılmayan şəxsin
namazı kamil deyil. Evində namaz qılıb müsəlmanların cəmiyyətinə qarşı diqqətsiz
olanın qeybəti caizdir və adillikdən düşür.”

18. Camaat namazını tərk etməyin zərəri:

Rəsulullah (c) buyurdu: Canavar sürüdən ayrı düşmüş qoyunu tez tuta bildiyi
kimi, Şeytan da insanın canavarıdır. Sizə özbaşınalıqdan, lazımsız dəstə yığmaqdan
qorunmağı və camaat namazında, məsciddə və ümumi məclislərdə iştirak etməyi vəsiyyət
edirəm.

 

Bölmə: Maraqli yazılar | Baxılıb: 866 | Müəllif: _Gunahkar_ | Reytinq: 0.0/0
Ümumi şərhlər: 2
2 _Gunahkar_  
0
Allah hec kesi camaat namazindan mehrum etmesin

1 Rastrapovech  
0
Deyerlei xeberlerin uchun minnetdaram.
InshAllah belesehvlere yol vermerik

Yalnız qeydiyyatı olanlar şərh yaza bilər. Xahiş edirik qeydiyyatdan keçin və ya öz adınızla daxil olun.
[ Qeydiyyat | Adınız ]
Sayta giriş

Saytda axtar

Dinle

Onlayn İzlə

Şəkillər


Saat

Block title

Qan Yaddaşı



 Xocalı - 26.02.1992
 Şuşa - 08.05.1992
 Laçın - 18.05.1992
 Xocavənd - 02.10.1992
 Kəlbəcər - 02.04.1993
 Ağdərə - 17.06.1993
 Ağdam - 23.07.1993
 Cəbrayıl - 18.08.1993
 Füzuli - 23.08.1993
 Qubadlı - 31.08.1993
 Zəngilan - 29.10.1993

Qarabağı unutma
html kodları web tasarım

Mini çat

Sorğu
Saytın dizaynı necədir?
Total of answers: 156

Statistika

Indi saytda: 1
Ziyarətçilər: 1
İstifadəçilər: 0

Sayğac

FireFox məsləhətdi
Foxkeh banners for Firefox 2

Saytda yerləşdirilən xəbərlərə görə sayt rəhbərliyi məsuliyyət daşımır Bütün huquqlar qorunur 2025