Zillət bizdən uzaqdır Çərşənbə axşamı, 2025-07-15, 0:25 AM

Nikiniz Qonaq | Qrupunuz "Qonaq" Xoş gəlmisiniz Qonaq | RSS

Bismillehir Rehmanir Rehim. Allahumme kulli veliyyikel Huccet ibnil Hesen. Selavutuke aleyhi ve ela ebaih. Fi hazissaeti ve kulli saeh, Veliyyen ve hafizen va qaidan ve nasira ve delilan ve eyna hetta tuskineku erzeka teva, ve tumettieyu fiha tevila va birehmetika ya Errahimin

Site menu

Bölmələr
Qurani Kərim
Videolar
Moizələr
Mərsiylər, Roizələr
Əhli beytimiz
Dualar
Xəbərlər
Maraqli yazılar
Müxtəlif yazılar
Şəriətimiz
Hədislər
Rəvayət və Hekayələr
Proqramlar
Evlilik
Qan yaddaşımız
Əbədi yaşarlar
Şübhələrə cavab
Şeirlər& Qəzəllər
İlahi mahnılar

Xəbər təqvimi
«  Fevral 2010  »
B B.e Ç.a Ç C.a C Ş
 123456
78910111213
14151617181920
21222324252627
28

Xəbər arxivi

Əl Əcəl Ya Mehdi


Hava haqqında

Fələstinə yardım

Baykot

Facebook

Namaz vaxti Moskva

Main » 2010 » Fevral » 26 » ZİNA
1:36 AM
ZİNA

 


ZİNA
Xeyli sayda zərərlərə malik olan böyük günahlardan biri də, zinadır. Burada yalnız onun cismi zərərlərinin bir hissəsinə toxunmaqla kifayətlənəcəyik.



Zinanın cismi zərərləri
Zinanın acı nəticələrindən biri də, cinsi əlaqə  yolu ilə yaranan zöhrəvi xəstəliklərin yayılması və ya insan ömrünü zəiflik və xəstəliklə başa çatdıran onun yaratdığı çətinliklərdir.



Hətta bir qrup insanlar, bu xəstəliklərdən qaynaqlanan cismi və ruhi sıxıntının təsiri altında, intihar edərək bununla da həyat iplərini öz əlləri ilə kəsirlər.


Qeyri-qanuni cinsi əlaqənin (zinanın) törətdiyi yoluxucu xəstəliklərdən bir sirası aşağıdakılardan ibarətdir:
1 – Sifilis
2 – Süzənək
3 – Şankr (yoluxucu zöhrəvi xəstəlik)
4 – QİÇS (SPİD, AİDS).
Zinanın gigiyenik cəhətdən evlənmə ilə hansi fərqi vardır?
Bir sıra şəxslər belə söyləyirlər ki, zinada olan xəstəliklər evlənməkdə də ola bilər, demək bu ikisi bir-biri ilə fərqlənmirlər.
Cavab:
Əvvəla: Zinayla məşğul olanlar, istər qız, istərsə də oğlan, adətən bir nəfərlə kifayətlənməyib, müxtəlif adamlarla cinsi əlaqə yaradırlar. Bu insanlardan heç olmasa biri infeksion xəstəliyə malikdir və ya bu əməlin təsiri altında tədricən infeksion xəstəliyə yoluxurlar. Bu da, xəstəliyin həmin şəxslə əlaqə yaradan insanlara ötürülməsinə səbəb olur. Eləcə də intim əlaqədə olan bu şəxslər kiçik mikroba malik ola bilərlər və bu mikroblar, xəstəliklər bir-biri ilə qovuşduğu surətdə qarşısıalınmaz bir xəstəliyə çevrilə bilər.
İkincisi: "Üzünömürlülüyün sirri" kitabında bu sualın cavabına dair yazılır: "Subaylıq dövründə (xüsusilə əməlin tam sərbəstlik və laqeydliyilə), cinsi münasibətlərdə ifratçılığın mümkünlüyü, özü bir çox cismi-ruhi xəstəliyin yaranmasının amilidir. Belə ki, evlənmə əlaqəsində ərlə arvad arasında ruhi ünsiyyət, ülfət və davamlı təmasda olmaq, cinsi meyldə bir növ müvazinət yaranmışdır. Evliliyin ilkin mərhələsində müəyyən ifratçılıqların yaranması mümkündür, sonrakı dövrlərdə isə cinsi meylin təbii ehtiyacından başqa cinsi ehtiras yaratmaq üçün (qeyri-qanuni münasibətlərdə olduğu kimi) maraq olmayacaqdır və nəticədə bu münasibətlərdə mötədilliyi qorumaq şansı, qeyri-qanuni əlaqələrdən daha çoxdur.
Bu baxımdandır ki, qərb ölkələrində cinsi psixoloji xəstəliklərin növləri həddən artıq və şərq ölkələri ilə, xüsusilə İslam ölkələri ilə (dini məhdudiyyətlər və qanuni həyat yoldaşına bağlı olmaq səbəbindən, qeyri-təbii və xəstəlik yaradıcı cinsi qıcıqlanmalara yer qalmır) müqayisədə günbəgün artmaqda olan böyük statistikaya malikdir. Uyğun cismi xəstəliklərin statistikasının artması da eyni səbəbdəndir. Çünki qərbdə növbənöv münasibətlərdən doğan ruhi qıcıqlanmalar və qeyri-qanuni əlaqələrin mümkünlüyündən qaynaqlanan ifratçılıq, cavanlar arasında yorğunluq və təhlükəli cismi və ruhi zəifliyə bais olur. Halbuki, yalnız həyat yoldaşına bağlı olduğu və münasibətlərin yeknəsəq olduğu şəkildə, bu tip ruhi təhriklər və çeşidliliyindən doğan cinsi həyəcanların faizi ( həssas olduğu üçün kişi üçün daha zərərli olan) sıfra enəcəkdir".
Üçüncüsü: Adətən zina ilə məşğul olan şəxslər, cinsi əlaqəylə ilgili gigiyenik məlumata kifayət qədər malik deyillər. Bir tərəfdən də yalnız son dərəcə ləzzətin və şəhvətpərəstliyin fikrində olduqlarından, cinsi əlaqə gigiyenasını öyrənməyi ya bacarmır və ya istəmirlər. Bu şəxslər əsasən hansı yolla olursa-olsun ləzzət almaq istəyirlər. Bunlar İslamın qəbul etdiyi cinsi bir əlaqədə (evlənmədə) mövcud deyildir. Çünki ər-arvad arasındakı sevgi-məhəbbət onları təkcə şəhvətpərəstlik haqqında yox, bir-birinin sağlamlıqları haqqında da düşünməyə vadar edir. Bundan əlavə, ərlə arvad evlənməzdən öncə adətən uyğun kitablar və gigiyena mərkəzlərinin informasiyası vasitələrilə, lazımi cinsi biliklərə yiyələnirlər, halbuki adətən bu məlumatlar zinada yoxdur.
Dördüncüsü: Zinanın zərərləri yalnız onun cismi ziyanlarında təxsislənməyib, çox sayda ruhi, mənəvi, ictimai və s. ziyanları da vardır.
İmam Rza (ə) buyurub: "Zina, əhatə etdiyi fəsadlardan dolayı, o cümlədən: adam öldürmək, soy kökünün itməsi və ləkələnməsi, uşaq tərbiyəsinin tərk edilməsi, irs məsələsinin korlanması və bu kimi fəsadlar ucbatından haram edilmişdir".

 

Bölmə: Maraqli yazılar | Baxılıb: 772 | Müəllif: _Gunahkar_ | Reytinq: 5.0/1
Ümumi şərhlər: 3
3 Rastrapovech  
0
Dehset..He bu barede yeterince melumatlar eks olunur..Minnetdaram
burada da olmali idi..

2 The_First  
0
aLLAH QORUSUN...TWK....

1 _Gunahkar_  
0
Allah hamını zinadan qorusun

Yalnız qeydiyyatı olanlar şərh yaza bilər. Xahiş edirik qeydiyyatdan keçin və ya öz adınızla daxil olun.
[ Qeydiyyat | Adınız ]
Sayta giriş

Saytda axtar

Dinle

Onlayn İzlə

Şəkillər


Saat

Block title

Qan Yaddaşı



 Xocalı - 26.02.1992
 Şuşa - 08.05.1992
 Laçın - 18.05.1992
 Xocavənd - 02.10.1992
 Kəlbəcər - 02.04.1993
 Ağdərə - 17.06.1993
 Ağdam - 23.07.1993
 Cəbrayıl - 18.08.1993
 Füzuli - 23.08.1993
 Qubadlı - 31.08.1993
 Zəngilan - 29.10.1993

Qarabağı unutma
html kodları web tasarım

Mini çat

Sorğu
Saytın dizaynı necədir?
Total of answers: 156

Statistika

Indi saytda: 1
Ziyarətçilər: 1
İstifadəçilər: 0

Sayğac

FireFox məsləhətdi
Foxkeh banners for Firefox 2

Saytda yerləşdirilən xəbərlərə görə sayt rəhbərliyi məsuliyyət daşımır Bütün huquqlar qorunur 2025