Zillət bizdən uzaqdır Çərşənbə axşamı, 2025-02-11, 2:30 AM

Nikiniz Qonaq | Qrupunuz "Qonaq" Xoş gəlmisiniz Qonaq | RSS

Bismillehir Rehmanir Rehim. Allahumme kulli veliyyikel Huccet ibnil Hesen. Selavutuke aleyhi ve ela ebaih. Fi hazissaeti ve kulli saeh, Veliyyen ve hafizen va qaidan ve nasira ve delilan ve eyna hetta tuskineku erzeka teva, ve tumettieyu fiha tevila va birehmetika ya Errahimin

Site menu

Bölmələr
Qurani Kərim
Videolar
Moizələr
Mərsiylər, Roizələr
Əhli beytimiz
Dualar
Xəbərlər
Maraqli yazılar
Müxtəlif yazılar
Şəriətimiz
Hədislər
Rəvayət və Hekayələr
Proqramlar
Evlilik
Qan yaddaşımız
Əbədi yaşarlar
Şübhələrə cavab
Şeirlər& Qəzəllər
İlahi mahnılar

Xəbər təqvimi
«  May 2010  »
BB.eÇ.aÇC.aCŞ
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Xəbər arxivi

Əl Əcəl Ya Mehdi


Hava haqqında

Fələstinə yardım

Baykot

Facebook

Namaz vaxti Moskva

Main » 2010 » May » 1 » əşhədu ənnə Əlİyyən Vəliyyullah......
4:34 PM
əşhədu ənnə Əlİyyən Vəliyyullah......

Nə üçün şiələr azanda "əşhədu ənnə Əlİyyən Vəliyyullah” deyərək Əlinin vilayətinə şəhadət verirlər?


Cavab: Bu sualın cavabında aşağıdakı mətləbləri qeyd etmək yerinə düşərdi:
1-Şiə fəqihlərinin hamısı öz fiqhi kitablarında – istər istidlali, istərsə də sair kitablarda – aşkar şəkildə qeyd etmişlər ki, Əli (ə)-ın vilayətinə şəhadət vermək azan və iqamənin tərkib hissəsi deyildir və heç kəsin, onu əzan və iqamənin tərkib hissəsi ünvanı ilə dilə gətirməyə haqqı yoxdur.
2-Quran nəzərindən Əli (ə) Allahın dostlarından biridir və elə aşağıdakı ayədə də onun möminlər üzərində vilayət haqqına işarə olaraq buyurulur:
اِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَ الَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلَوةَ وَ يُؤْتُونَ الزَّكَوةَ وَ هُمْ راكِعُونَ
"Sizin rəhbəriniz yalnız Allah, Onun Rəsulu və iman gətirib namaz qılaraq ruku halında zəkat verən şəxslərdir.” (Maidə 55)

Sünnülərin "Sihah” və "Müsnəd” kitablarında nəql etdikləri rəvayətlərdə aşkar şəkildə qeyd edilir ki, yuxarıdakı ayə Əli (ə)-ın öz üzüyünü rüku halında sailə (fəqirə) verdiyi zaman nazil olmuşdur. (Bu ayənin şəni-nüzulu ilə əlaqədar sənədlər, qeyd olunacağından qat-qat artıqdır, lakin çoxlu mənbələrdən aşağıdakıları qeyd etmək olar: 1-”Təfsiri Təbəri”, 6-cı cild, səh.186æ 2-”Əhkamul-Quran” (Cəssasın təfsiri), 2-ci cild, səh.542æ 3-”Təfsiri Beyzavi”, 1-ci cild, səh.345æ 4-”Əddurrul-mənsur”, 2-ci cild, səh.293. )
Bu ayə Əli (ə)-ın şənində nazil olan zaman Həssan ibni Sabit o hadisəni nəzmə çəkdi:
"Sən o kəssən ki, rüku halında bəxşiş etdin,
Canlar sənə fəda olsun, ey rüku edənlərin ən yaxşısı!
Allah ən yaxşı vilayəti sənin barəndə nazil etdi,
Və onu, şəriətin xələl yetməyən hökmlərində bəyan etdi.”

3-Peyğəmbəri Əkrəm (s.ə.v.v) buyurur:
اِنَّمَا الاَعْمَالُ بِالنِّيَّةِ
"Hər əməlin həqiqətinin meyarı insanın niyyətinə bağlıdır.”
Deməli hərgah Əli (ə)-ın vilayəti Quranın aşkar şəkildə buyurduğu prinsiplərdən biri olsa, digər tərəfdən də cüz olmasına etiqad olmadan deyilsə və azan-iqamənin bir hissəsi hesab olunmazsa onda bu həqiqətin Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in risalətinə verilən şəhadət kəlməsi ilə yanaşı deyilməsinin nə eybi var?
Qeyd olunmalıdır ki, əgər azana bir cümlə artırılması bəyənilməyən bir işdirsə və elə buna görə də şiələrə irad tutulursa aşağıdakı halları necə izah edə bilərsiniz:
1-Düzgün tarixlərin verdiyi şəhadətə görə "həyyə əla xəyril-əməl” cümləsi əvvəllər azanın bir hissəsi olmuşdur. ("Kənzul-ummal”, kitabus-səlat, 4-cü cild, səh.266æ "Sünəni Beyhəqi”, 1-ci cild, səh.424 və 425, "Əl-müvəttəə” (Malik), 1-ci cild, səh.93.) Amma ikinci xəlifənin xilafəti dövründə camaat bunu eşitməklə namazın ən yaxşı əməl olduğunu bilib artıq cihada getmədiklərindən bəziləri onu azandan çıxartdılar. ("Kənzul-irfan”, 2-ci cild, səh.158, "Əssiratil-mustəqim və cəvahirul-əxbar vəl-asar”, 2-ci cild, səh.192, "Şərhu təcrid” (Quşçi), imamət bəhsi, səh.484.)

2-”Əssəlatu xəyrun minən-novm” cümləsi Peyğəmbər (s.ə.v.v)-in dövründə azanın bir hissəsi olmamış, sonralar ona əlavə edilmişdir. ("Kənzul-ummal”, kitabus-səlat 4-cü cild, səh.270.)

Buna görə də Şafei "Əl-Üməm” kitabında deyir:
اَكْرَهُ فِي الآَذَانِ الصَّلَوةُ خَيْرٌ مِنَ النَّوْمِ لِاَنَّ اَبَا مَحْذُورَةَ لَمْ يَذْكُرْه
"Mən azanda "əssəlatu xəyrun minən-novm” cümləsini deməyi xoşlamıram, çünki Əbu Məhzurə (ravi və hədis söyləyənlərdən biridir) onu öz hədisində gətirməyibdir.” ("Dəlailus-sidq”, 3-cü cild, səh.97)

"Şübhələrə cavablar” kitabından


mənbə isra.az

Bölmə: Şübhələrə cavab | Baxılıb: 889 | Müəllif: Əli_Şiəsi | Reytinq: 0.0/0
Ümumi şərhlər: 1
1 Əli_Şiəsi  
0
Allah hamımızı Əli(ə)ın layiqli şiələrindəm edər İnşallah Amin

Yalnız qeydiyyatı olanlar şərh yaza bilər. Xahiş edirik qeydiyyatdan keçin və ya öz adınızla daxil olun.
[ Qeydiyyat | Adınız ]
Sayta giriş

Saytda axtar

Dinle

Onlayn İzlə

Şəkillər


Saat

Block title

Qan Yaddaşı



 Xocalı - 26.02.1992
 Şuşa - 08.05.1992
 Laçın - 18.05.1992
 Xocavənd - 02.10.1992
 Kəlbəcər - 02.04.1993
 Ağdərə - 17.06.1993
 Ağdam - 23.07.1993
 Cəbrayıl - 18.08.1993
 Füzuli - 23.08.1993
 Qubadlı - 31.08.1993
 Zəngilan - 29.10.1993

Qarabağı unutma
html kodları web tasarım

Mini çat

Sorğu
Saytın dizaynı necədir?
Total of answers: 156

Statistika

Indi saytda: 3
Ziyarətçilər: 3
İstifadəçilər: 0

Sayğac

FireFox məsləhətdi
Foxkeh banners for Firefox 2

Saytda yerləşdirilən xəbərlərə görə sayt rəhbərliyi məsuliyyət daşımır Bütün huquqlar qorunur 2025