Namazdan sonra oxunan dualar
Sübh namazından sonra
oxunan dua
İlahi! Səhərimi pənahında qalaraq
oğru və qarətçinin, habelə yaratdığın danışan və danışmayan varlıqların
şərindən amanda qalaraq açdım. Səhərimi bütün qorxunc şeylərdən qoruyan
sipərinə sığınaraq və Peyğəmbərinin əhli-beytini (ailə üzvlərini) ürək dolusu
ilə sevməklə açdım. Səhərimi mənə əziyyət etmək istəyən hər bir təcavüzkarın
təcavüzündən qorunaraq ixlasla əhatə olunan qalana sığınaraq açdım. Səhərimi
əhli-beytə olan sevgi ilə və haqqın onlarla və onların davamçısı olmağıma
yəqinlik hasil etməklə açdım.
Onların sevdiklərini sevəcək, uzaq olduqları hər bir şeydən uzaq olacam.
Elə isə onlarla birgə uzaq olacağım hər bir şeydən mənə pənah ver.
Ey böyük və əzəmətli zata malik olan varlıq! Yer və göyləri yoxdan yaradan
varlığının vasitəsilə düşmənlərimi özümdən uzaq etdim. Necə ki, Quranda
buyurursan: «Biz onların boyunlarına dəmir həlqələr keçirtmişik. Həlqələr
onların lap çənələrinə dirənmişdir. Buna görə də başları yuxarı qalxmış,
gözləri aşağı dikilmişdir».
Zöhr namazından sonra
oxunan dua
Əzəmətli və səbrli olan Allahdan
başqa Allah yoxdur.
Ərşin Pərvərdigarı və Kərim (son dərəcə səxavətli) olan Allahdan başqa Allah
yoxdur.
Həmd olsun aləmlərin Rəbbinə!
İlahi! Mən səndən Rəhmətinə səbəb olan şeyləri istəyirəm.
Mən Səndən daimi məğfirətini, bağışlamağını istəyirəm.
Səndən hər bir xeyirli işin mənfəətini və məni bütün xoşagəlməz işlərdən
qorumağını istəyirəm.
İlahi! Məndə bağışlanmamış günah qoyma qala.
Bir yerə çatdırılmış elə bir səy və çalışqanlıq qoyma qala
Şəfa vermədiyin elə bir dərd və xəstəlik qoyma qala.
Üstünü örtmədiyin elə bir eyb və nöqsan qoyma qala
Artırıb genişləndirmədiyin elə bir ruzi qoyma qala
Əmin-amanlığa çevirmədiyin elə bir qorxu-hürkü hissi qoyma qala
Qarşısını aldığın elə bir xoşagəlməz hadisə qoyma qala
Sənin razılığına səbəb olan və mənim üçün xeyir və mənfəətli olan yerinə
yetirəcəyin elə bir istək və arzu qoyma qala
Ey mərhəmətlilərin ən mərhəmətlisi!
Əsr namazından sonra
oxunan dua
O Allahdan bağışlanmağımı istəyirəm
ki, Ondan başqa ilah (məbud) və Ondan başqa öz varlığına arxalanan başqa bir
diri varlıq yoxdur.
(Elə bir Allah ki,) bağışlayan və rəhm edəndir
(Elə bir Allah ki,) hər şeydən üstün və son dərəcə bəxş edəndir.
Ondan bağışlanmağımı (və mənə nəzər salmağını istəyirəm). Elə bir tövbə və
bağışlanmaq ki, onu son dərəcə xar, zəlil, təvazökar, yoxsul, zəif, çarəsiz,
fəqir bəndən etmiş olsun.
Elə bir bəndən ki, nə xeyirinə malikdir, nə də ki, zərərinə və nə diriliyinə
malikdir, nə də ölüm və məhşərə çağırılışına
İlahi! Doymayan nəfsdən, qorxmayan qəlbdən, dərgahına ucalmayan namazdan və
eşidilməyən (qəbul olunmayan) duadan Sənə sığınıram.
İlahi! Səndən çətinlikdən sonra asanlığı, bəla və müsibətdən sonra rifahı,
yoxsulluqdan sonra bolluğu istəyirəm.
İlahi! İxtiyarımızda olan nemət Səndəndir. (Pərəstişə) Səndən savayı başqa bir
tanrı yoxdur.
Bağışlanmağımı da Səndən istəyib Sənə tövbə edirəm.
Məğrib (şam) namazından sonra
oxunan dua
Həzrəti Zəhranın (ə) zikrini (34
dəfə Allahu Əkbər, 33 dəfə Əlhəmdu lillah və 33 dəfə Subhanəllah) qurtardıqdan
sonra deyilir:
Həqiqətən, Allah və mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman
gətirənlər! Siz də ona salavat göndərib layiqincə salamlayın.
İlahi! Məhəmmədə, onun nəslindən olanlara və ailə üzvlərinə salavat göndər
Bismilləhir rəhmanir rəhim
Rəhman və Rəhim olan Allahın adı ilə
Uca və əzəmətli olan Allahdan başqa qüdrət sahibi yoxdur
Həmd olsun o Allaha ki, istədiyini edir və başqasının istədiyini etmir.
İlahi, Sən pak və münəzzəhsən! Səndən başqa Allah yoxdur, bütün günahlarımı
bağışla. Çünki, Səndən başqa bütün günahları bağışlayan olmaz.
İşa (xiftən) namazından sonra
oxunan dua
İlahi! Ruzimin harada olduğunu
bilmirəm
Və ürəyimə düşən hər bir şeyi istəyirəm
Və mən onun ardınca şəhərləri dolaşıram
Və mən istədiyim şeyin ardınca sərgərdanam.
Bilmirəm ruzim havadadır, yoxsa dağda, yoxsa yerdə, yoxsa göydə, qurudadır,
yoxsa dənizdə.
Və əla yədəy mən və min qibəli mən və qəd əlimtu ənnə ilmuhu indəkə və əsbabəhu
biəydikə
Bilmirəm ruzim kimin əlindədir və kim tərəfindəndir. Amma bunu bilirəm ki, onu
Sən bilirsən və onun səbəbləri də Sənin əlindədir
Onu Öz lütfünlə bölən də, necə əldə olunmasını hazırlayan da Sənsən.
Ey mənim Allahım! Məhəmmədə və onun ailəsinə salavat göndər.
Pərvərdigara! Ruzini mənim üçün bol və firavan et.
Və onun əldə olunmasını mənim üçün asan et.
Və Onun əldə olunacağı yeri mənim üçün yaxın et.
Mənim üçün nəzərdə tutmadığın yolu qət etməkdə zəhmətə salma
Çünki, Sən mənə əzab-əziyyət verməkdən ehtiyacsızsan.
Mən isə Sənin Rəhmətinə möhtacam
Elə isə Məhəmməd və onun ailəsinə salavat göndər
Bol-bol səxavətinlə bəndənə nemətlərini bəxş et. Çünki, Sən böyük ehsan
sahibisən
|