Bu il 26 fevral - 4 mart tarixində dünya müsəlmanları "Vəhdət
Həftəsini” qeyd edəcək. Azərbaycan Birlik Təşkilatı "Vəhdət – Qurtuluşa
Aparan Yol” mövzusunda 3-cü ənənəvi tədbirini keçirdi və müraciət qəbul
etdi
"İslam Dünyasında uzun illərdən bəri böyük bir elmi ixtilaf var idi. Bu
ixtilaf sünni və şiələri bir-birinə qarşı qoyurdu. Ixtilafa səbəb İslam
Peyğəmbərinin doğum günü idi. Sünnilər bu hadisəni rəbiül-əvvəl ayının
12-də, şiələr isə həmin ayın 17-də bilir və qeyd edirdilər. Bu ixtilafa
1981 – ci ildə İran İslam İnqilabının banisi Ayətullah Xomeyni son
qoydu. Sünni və şiənin qardaşlaşması və vəhdətində önəmli addımlar atan
Ayətullah Xomeyni sünniləri və şiələri ixtilaf salmamağa, yalnız elmi
araşdırmalara üstünlük verməyə, ümumi İslam düşmənlərinə qarşı
birləşməyə çağırır, qeybdə olan İmam Zamanın zühurunu gözləməyə və
həqiqətin onun vasitəsilə aşkarlanacağını bildirirdi. O 12 və 17
rəbiül–əvvəlin - hər iki tarixin qeyd olunmasını tövsiyyə etmiş, bu
tarixlər və arasında olan günlərlə birgə sünni və şiənin vəhdət
həftəsini elan etmişdi. Artıq 30 ildir ki, dünyanın müsəlman
təriqətləri bu iki tarix arasını vəhdətdə keçirir və hər iki tarixi
bayram edirlər. Bu dünyada analoqu olmayan hadisədir ki, ixtilaf
vəhdətə səbəb olub. Təklif dəyərli olduğu üçün, onun şiə alimi
tərəfindən irəli sürülməsinə baxmayaraq, sünnilər də əməl etməyə
başladılar. Bu hadisə həm də bəşəriyyətə bir ismarıcdır: "Bütün
problemlərin həllinə birlik və vəhdət nümayiş etdirməklə nail olmaq
olar.” İslamda Vəhdət həftəsinin bəşəriyyətə ismarıcı məhz budur. Bu il
Vəhdət Həftəsinin ilk günü Xocalı soyqrımı gününə təsadüf etdi. Xocalı
faciəsi Qarabağ dərdinin ən ağrılı məqamıdır. Biz torpaqlarımız da
birlik və vəhdətdən uzaq qaldığımız üçün itirdik. Qarabağımızın
azadlığıda birlik və vəhdətdən keçir. Bu gün Vəhdət Həftəsindən biz də
ibrət və dərs almalı, Qarabağ başda olmaqla bütün problemlərin həllində
birlik və vəhdətə nail olmalıyıq. Vəhdət dinindən, əqidəsindən,
irqindən, milliyyətindən və sair fərqli cəhətlərdən asılı olmayaraq
insanları qurtuluşa aparan yoldur. Dəyərli insanlar birliyin, vəhdətin
əhəmiyyətini yaxşı bilir, dərk edirlər, gəlin biz də könül və əqidə
vəhdətindən başlayıb, Milli və İslami vəhdətə nail olaq.”
Bu gün- 25 fevralda Azərbaycan Birlik Təşkilatının İslam Vəhdət
Həftəsinin başlanması və Xocalı soyqrımı ilə bağlı "Vəhdət – Qurtuluşa
Aparan Yol” mövzusunda 3-cü ənənəvi tədbirini keçirdi və yuxarıda qeyd
etdiyimiz həmin tədbirin müraciətindən idi. Tədbirdə qəbul olunan
müraciət sonda oxundu, ona qədər isə mərasimdə çıxış edən Azərbaycan
Birlik Təşkilatının sədri Hacı Namiq Babaxan və digər natiqlər, Xocalı
soyqrımı, ölkəmizdəki dini – ictimai durum və müsəlmanların vəhdət
həftəsindən danışdılar.
Azərbaycan Birlik Təşkilatı artıq ənənəvi olaraq Vəhdət Həftəsi
ərəfəsində "VƏHDƏT – QURTULUŞA APARAN YOL” mövzusunda tədbir keçirir.
Artıq 2005-ci ildən başlayaraq bu eyni mövzulu və adlı 3-cü tədbirdir.
2005, 2007 və bu il - 2010-cu illərdə bu tədbiri həyata keçirən ABT bu
ənənəvi tədbiri növbəti illərdə də, arada fasilə vermədən keçirməyi
planlaşdırır.
Xocalı - 26.02.1992 Şuşa - 08.05.1992 Laçın - 18.05.1992 Xocavənd - 02.10.1992 Kəlbəcər - 02.04.1993 Ağdərə - 17.06.1993 Ağdam - 23.07.1993 Cəbrayıl - 18.08.1993 Füzuli - 23.08.1993 Qubadlı - 31.08.1993 Zəngilan - 29.10.1993