Qurban bayramı günündə örtük dəyişdiriləcək Kəbənin örtüyü 70 nəfərlik xüsusi bir qrup tərəfindən bir ilə, əllə toxunub. Mədinədə peyğəmbərimizin məzarının örtüyünüdə hazırlayan dərzi və nəqqaşlar qrupun işlədiyi atelyedə böyük diqqət və səssizlik hakimdir. Hələ islamiyyətdən əvvələ əsaslanan Kəbənin örtük ənənəsi əvvəllər Misir və Hindistanda toxunan örtüklə davam edib. Sonradan isə Səudiyyə hökuməti tərəfindən Məkkədəki xüsusi atelyedə hazırlatdırılıb.Əvvəlcə pambıqdan incə bir astar toxunur. Daha sonra qara rəngli, üzərində Allah ifadəsi həkk olunan naxışlı əsas örtük toxunur. Qızıl suyu ilə örtülmüş iplərlə ayetlər toxunur. Ustalar, sonrakı ilin örtüyünü toxumağa başlayır.Qızıl və gümüş ipliklərlə işlənən, qaraya boyanmış saf ipəkdən, 16 parçadan ibarət olan və təxminən 17 milyon Səudiyyə riyalına başa gələn örtüyün üzərində "La ilahə illallah Muhammədən Rəsulullah", "Allah Cəllə Cəlalühü", "Sübhanallahi və bihamdihi, suphanallah Əl Əzim Ya Hannan, ya mennân” ifadələri nəqş edilir.Qurban bayramının birinci günü sübh namazından sonra dəyişdirilməyə başlanan örtük, 16 hissəyə Kəbə-i Müəzzəməyə gətirilir. 4 hissəli şəkildə Kəbənin üzərinə çəkilir. Bunun üçün cəmi 40 dəqiqə vaxt sərf olunur. Köhnə örtük isə bir müddət muzeydə saxlandıqdan sonra Səudiyyə kralı tərəfindən ölkəyə qonaq gələn dövlət adamlarına parçalar halında hədiyyə edilir.Kəbə örtüyünün dəyişdirilməsi əsnasında Məkkədə yalnız "yerli” əhali olur. Çünki hacılar həmin vaxt Ərəfatda olmalıdır. Beləcə, Kəbə, Ərəfatdan dönən hacılar qayıdana qədər hazır vəziyyətə gətirilir.xezerxeber
BİRLİK İnformasiya Mərkəzi (www.birlik.az, www.birlik.ws)