Müsəlmanlar
arasında ən çox diqqət mərkəzində olan məslələrdən biri də imamət və xilafət məsələsidir.
Bu məsələnin əhəmiyyətini məsumlardan (ə) nəql olunan hədislərdə tapa bilərik.
Həmin hədislərdə belə buyurulur: Yer üzü höccətsiz (imam) qalmaz. Hər kim zəmanənin
imamını tanımadan dünyadan getsə, kafir kimi ölmüşdür. Həmçinin peyğəmbərimizin
(s) özündən sonrakı imamlar, xüsusi ilə imam Əlini (ə) camaata tanıtması və
s...
Bundan əlavə əgər qurana nəzər salsaq görərik ki, quranda bu
məsələyə necə əhəmiyyət verilir. Allah- taala bu haqda buyurur: Ey peyğəmbər
(s) əgər bu məsələni camaata çatdırmasan, Allahın risalətini tamamlamamısan.
(Maidə- 67)
Bu ayə imamətsiz peyğəmbərliyin naqisliyini çatdırır.
Qurani-kərimdə iməmətin İlahi bir məqam və mənsəb olduğunun
isbatı üçün çoxlu ayələr gəlmişdir. Biz bu məqalədə onların bir neçəsinin
izahına yer veririk.
1-
İnzar Ayəsi
Allah-taala bu ayədə peyğəmbərə (s) xitab edərək buyurur:
« انما انت منذر و لکل قوم هاد »
(Həqiqətən sən qorxudansan və hər bir qövmün və millətin
hidayətçisi var.) "Rəd- 7."
Əhli- sünnənin böyük alimlərindən sayılan Fəxri-Razi ayənin
təfsirində üç nəzər nəql edir:
1- Münzir (qorxudan) və Hadi (hidayətçi) sözləri eyni mənanı
çatdırır. Bu təfsirə əsasən ayənin mənası belə olacaq: Sən fəqət hər bir millətin
və qövmün qorxudanı və hidayət edənisən.
2- Qorxudan Peyğəmbər (s) və hidayət edən Allahdır.
3- Qorxudan Peyğəmbər (s) və hidayət edən Əlidir (ə). Çünki
ibni Abbasdan nəql olunan bir hədisdə buyurulur: Peyğəmbər (s) bu ayənin təfsirində
buyurub: Mən qorxudanam. Sonra Həzrət Əli (ə)-ə işarə edərək buyurdu: Ya Əli (ə)
sən hidayət edənsən. Məndən sonra hidayət olanlar sənin vastənlə hidayət
olunacaq. " Əl-kəbir, təfsiri. c-19. s-14."
Bəzi təfsirçilər ayənin təfisirinin yuxarıda qeyd olunan
birinci və ya ikinci təfsir olduğuna israr edirlər. Onların iddiaları aşağıdakı
dəlillərə əsasən batildir:
1- Birinci təfsir ayənin zahiri ilə uyğun gəlmir. Çünki belə
olan halda gərək ayə aşağıdakı kimi nazil olardı:
انما انت منذر و هاد لكل قوم »»
Həqiqətən sən hər millətin qorxudan və hidayətçisisən.
2- Ikinci təfsir də yanlışdır. Çünki ayənin zahiri hər dövrdə
bir hidayətçini çatdırır. Halbuki, Allah birdir. Allah-taalanın yeganəliyi ayədəki
"Hər bir ümmətin hidayətçisi var" cümləsindəki çox saylılıqla uyğun
deyildir.
Deyilənlərə əsasən ayə üçün qəbul olunan təfsir budur: Peyğəmbər
(s) qorxudandır və o Həzrətdən sonra hər bir ümmətin imamı və hidayətçisi
olmalıdır. Qeyd olunan təfsirin təsdiqində aşağıdakı hədis kifayətdir.
Əhli-sünnənin məşhur təfsirlərindən bir Əd-durrul mənsur təfsirində ayənin təfsirində
bu hədis nəql olunmuşdur:
Əbu Bərzə (Bəzzə) Əsləmi deyir: Peyğəmbər (s) əlini sinəsinə
qoydu və buyurdu: Həqiqətən sən qorxudan və Əlinin (ə) sinəsinə qoyaraq,
buyurdu: Hər bir millətin hidayətçisi var. "Əd-durrul mənsur. c-4.
s-45."
2-Təbliğ
ayəsi
« يايها الرسول بلغ ما انؤل اليك من ربك و ان لم تفعل فما بلغت
رسالته و الله يعصمك من الناس ان الله لا يهدی القوم الکفرین. » (مائده 67.)
(Ey Peyğəmbər, Allahın tərfindən sənə nazil olanı catdır. Və
əgər catdırmasan onun risalətini (missiyasını) çatdırmamış olursan. Allah səni
qoruyacaqdır. Bəli, Allah kafirləri hidayət etməyəcəkdir.) –tərcuməsinə diqqət
edilsin—(Maidə-67.)
Nazil olma səbəbi:
Əhli sünnənin kitablarının çoxunda və şiənin bütün
kitablarında bu ayənin Həzrət Əlinin (ə) haqqında nazil olması gəlmişdir. Bu mətləb
Əbu SəidXidridən, Zeyd ibn Ərqəmdən, Cabir ibn Əbdulla Ənsaridən, İbn Əbbasdan,
Bəqa ibn Azimdən, Hüzeyfədən və Əbu Hureyrədən nəql olunmuşdur.
Bu hədislərin bəzisi bir neçə sənədlə nəql olunmuşdur. Məs:
Əbu Səid Xidrinin hədisi 11-sənədlə, İbn Əbbasın hədisi 11-sənədlə,
Bəqa ibn Azimin hədisi 3- sənədlə və s...
Bu hədisi əhli-sünnənin məşhur alimləri öz kitablarında nəql
etmişlər. O cümlədən: Hafiz Əbu Nəim İsfəhani , Əbul Həsən Vahidi Nişaburi, İbn
Əsakir Şafei, Fəxri Razi Əl-kəbir təfsirində, Cəlaləd-din Siyuti Durrul-mənsur
kitabında və şeyx Süleyman Qunduzi Yənabiul-məvəddət kitabında və s...
Ayənin təhlili:
Əgər ayənin təfsirində gəlmiş bütün hədisləri nəzərə
almasaq, ayənin özünə ondan sorakı ayənin vasitəsi ilə onun iməmət məsələsinə dəlalət
etməsini isbat edək.
Ayədəki müxtəlif təbirlərdən belə başa düşürük ki, ayənin bəyan
etdiyi məsələ üç mühum xüsusiyyətə malikdir:
1- Bu məsələ çox böyük bir əhəmiyyətə malikdir. Çünki Peyğəmbərə
(s) buyurulur ki, əgər bu işi gərməsən Allahın risalətini yerinə yetirməmisən.
2- Bu məsələ namaza, oruca, həccə, zəkata və dinin başqa
hökmlərinə aid deyil. Çünki Maidə sürəsi axrıncı sürədir və artıq bütün hökümlər
bəyan olunmuşdur.
3- Ayədə bəyan olunacaq məsələ elə bir məsələdir ki, bəziləri
ona etiraz edəcəklər. Hətta ona görə Peyğəmbərin (s) canı təhlükəyə düşə bilər.
Ona görə də Allah-taala Peyğəmbərini qoruyacağını elan edərək, buyurur:
« و الله یعصمک من الناس »
(Allah səni insalardan qoruyacaq.)
Qeyd olulanlardan belə nəticə alırıq ki, ayədə qeyd olunan məsələdən
məqsəd imamətdir.
3-
Vilayət ayəsi
Imamət mövzüsuna dəlalət edən ayələrdən biri də vilayət ayəsidir.
Allah-taala buyurur:
« انما ولیکم الله و رسوله والذین امنوا الذین یقیمون الصلوة و
یؤتون الزکؤة وهم راکعون » (مائده 55.)
(Sizin başçınız və rəhbəriniz, tək Allah və onun Peyğəmbəridir.
Və o kəslərdir ki, iman gətiriblər: o şəxslər ki, namaz qılırlar və namaz
halında zəkat verirlər.) – tərcüməyə diqqət olunsun.
Təfsirçilərin və hədis alimlərinin əksəriyyəti bu ayənin
Əlinin (ə) haqqında nazil olmasını buyurmuşlar.
Siyuti "Durrul-mənsur" təfsirində bu ayənin təfsirində
İbn Abbasdan aşağıdakı hadisəni nəql edir: Həzrər Əli (ə) ruku halında idi. Bu
vaxt bir dilənçi kömək istədi və Həzrət üzüyünü ona sədəqə verdi. Peyğəmbər (s)
dilənçidən soruşdu: Bu üzüyü kim sənə sədəqə verdi? O, Əliyə (ə) işarə edərək
dedi: " Bu rukuda olan kişi".
Bu vaxt bu ayə (Maidə-55) nazil oldu.
Məşhur əhli-sünnə təfsirçilərindən olan Carullah Zəməxşəri Kəşşaf
təfsirində yazır: Bu ayə Əlinin (ə) haqqında nazil olmuşdur. Əli (ə) ruku
halında ikən bir dilənçi kömək istədi və Həzrət üzüyünü ona verdi. (Kəşşaf-təfsiri,
c-1. s-649.)
Fəxri-Razi öz təfsirində Abdullah ibn Salamdan nəql edir: bu
ayə nazil olanda Rəsulullaha (s) dedim: öz gözümlə gördüm ki, Əli (ə) ruku
halında üzüyünü dilənçiyə verdi. Buna görə də biz onun imamətini qəbul edirik.
Təbəri də Camiul-bəyan təfsirində bu ayənin Əli (ə) haqqında
nazil olduğu təsdiqləyən çoxlu hədislər nəql etmişdir. (Camiul-bəyan. Təfsiri.
c-6. s-186)
Xülasə bu ayənin Həzrət Əlinin (ə) haqqında nazil olmasında
heç bir şəkk-şübhə yoxdur.
Ayənin Həzrət Əlinin (ə) imamətinə dəlaləti
Ayədə "Vəli" sözü diqqət mərkəzində durur və Əli (ə)
müsəlmanların vəlisi kimi tanıtdırılır.
"Vəli" sözü lüğətdə müxtəlif mənalarda işlənmişdir.
Məsələn: Köməkçi, dost, hakim, himayəçi və s... Amma ayədəki kontekst "vəli"
sözünün ayədə ixtiyar sahibi və imam mənasında işlədiyinə dəlalət edir. Çünki əgər
dost və köməkçi mənasında olsaydı bütün möminlərə şamil olardı. Necə ki, tövbə
sürəsinin 71-ci ayəsində oxuyuruq:
« والمومنون و المومنات بعضهم اولیاء بعض » (توبه- 71)
(Möminlər və möminələr bir-birlərinin dostu və köməkçisidirlər.)
–tərcuməyə diqqət olunsun.
Ayədə vilayət və imamət fəqət məxsus bir insana aid
olunmuşdur. O, şəxs ki ruku halında zəkat vermişdir. Vilayətin fəqət Əliyə (ə)
aid edilməsini ayədəki "İnnəma" kəlməsindən başa düşürük. Bu sözə görə
ayədəki "vəli" sözünün dost və köməkçi mənasına işlənməsini deməyə
haqqımız yoxdur. Ona görə ayədəki "vəli" sözünün ixtiyar sahibi mənasında
olmasının qəbul etməkdən başqa yol yoxdur. Bunun da mənası budur ki, Həzrət
Əlinin (ə) Allahın və Peyğəmbərin (s) vilayəti bərabərdir. Necə ki, Peyğəmbər
(s) Allahdan sonra yer üzündə Allahın izni ilə tam ixtiyar sahibi idi. Həzrət
Əli (ə) də Peyğəmbərdən (s) sonra Allah tərədindən Peyğəmbər (s) kimi tam
ixtiyar sahibidir. Sonrakı ayədə (Maidə-56) bu mətləb tamamlanır və qüvvətlənir.
Allah-taala sonrakı ayədə buyurur:
« و من یتول الله و رسوله و الذین ءامنوا فإن حزب الله هم الغالبون
» (مائده-56)
(Və hər kəs Allahı və Peyğəmbəri və iman gətirənləri rəhbər
və özlərinə başçı bilsələr, qələbə çalar, çünki Allahın qoşunu qalibdir.) - tərcüməyə
diqqət olunsun—
Bu ayədə Allah-taala Allah ordusunun düşmənlərə qələbəsini bəyan
edir. Bu isə hər hansı sadə dostluqla yox, yalnız İslam dövlətinin təşkili ilə
mümkündür. Yenə də bu mətləb "vəli" sözünün yuxarıda qeyd olnan mənaya
dəlalət etdiyini göstərir.
Qeyd olunan mətləbləri araşdırdıqdan sonra belə nəticəyə gəlmək
olar ki, imamət və vilayət zikr etdiyimiz bu və başqa ayələrə əsasən Allah tərəfindən
sonuncu Peyğəmbər Həzrət Məhəmməddən (s) sonra təyin olunmuş İlahi bir mənsəb,
Peyğəmbərliyin davamı və dini kamilləşdirən mühüm bir məsuliyyətdir.
Allah-taala bu məsuliyyəti Həzrət Əli (ə) və onun on bir övladına tapşırmışdır.
|