İsveçrənin paytaxtı Berndə yeni məscid və Türk-İslam Mərkəzi fəaliyyətə başlayıb. 300 nəfərin iştirakı ilə açılan məsciddə ilk namaz qılınıb. Mərasimə katolik və protestant kilsələrinin təmsilçiləri də qatılıb
Açılışda ölkədə minarələrin inşasına qoyulan qadağa da gündəmə gəlib. Türk İslam Dərnəyinin rəhbəri Hasan İrmak yeni məscidin minarəsiz olduğuna diqqət çəkib: "Bu gözəl məscidin bir minarəsinin olmasını da arzu edərdik". Onun sözlərinə görə, məscidin tikildiyi keçmiş şərab zavodunun ərazisi iki il öncə satın alınıb. Xatırladaq ki, İsveçrədə minarə inşasının əleyhinə referendum noyabrın 29-da keçirilib. Referendumda iştirak edən seçicilərin 57,5 faizi minarə qadağasının "lehinə" səs verib. Bununla da İsveçrə Avropada minarəyə qadağa qoyan ilk ölkədir.
BİRLİK İnformasiya Agentliyi (www.birlik.az, www.birlik.ws)
Xocalı - 26.02.1992 Şuşa - 08.05.1992 Laçın - 18.05.1992 Xocavənd - 02.10.1992 Kəlbəcər - 02.04.1993 Ağdərə - 17.06.1993 Ağdam - 23.07.1993 Cəbrayıl - 18.08.1993 Füzuli - 23.08.1993 Qubadlı - 31.08.1993 Zəngilan - 29.10.1993