Əgər biz avropalılar kimi gəzmək, geyinmək, yaşamaq
istəyirik, amma unutmayaq ki, onlar öz dinlərini, həyatlarını dəyişib
müsəlman olmağa çalışırlar
İslam dininin qadına böyük qiymət verməsi artıq bütün dünyada öz
təsdiqini tapmışdır. Qadına bütün dünya ölkələri, millətlər, dinlər və
toplumlar öz fikirlərini bildirmişlər. Qadınların bəşəriyyətin ayrılmaz
hissəsi olmasını artıq bütün toplumlar qəbul etmişlər. İslamdan əvvəl
qadının haqqı, qiyməti, ailədə olan rolu demək olar ki, qul və
qulluqçuluqdan ibarət idi. İsraildə qadın qadın xəstəliyinə tutulanda o
müddət ərzində qadınları evin bir küncünə atırdılar. Ərəbistanda qız
uşağı dünyaya gələndə onu diri-diri basdırardılar. Ərəblər yalnız islam
dini gəldikdən sonra bu hərəkətlərinə son qoymuşdurlar. Ancaq indi
qadını bir küncə atan İsrail qadın azadlığından elə dəm ki, sanki qadın
azadlığını cəmiyyətə bunlar bəyan ediblər. Hazır ki, durumda qərb
ölkələrində qadınlardan yalnız şəhvət hisslərini öldürmək və s. üçün
istifadə edirlərsə islamda qadına dəyər verirlər. Yarıçılpaq soyunub,
küçələrdə əxlaqsızlıqla məşğul olmaq nə vaxtdan qadın azadlığı olub ?!
Bəşəriyyətdə qadın azadlığı uğrunda gedən mübarizə yüz faiz nəticəni
göstərmir. Elmin, siyasətin, texnikanın və daha nələrin inkişaf
etməyinə baxmayaraq, bəşəriyyət hələ də ölüdür. Necə ki, İslam
peyğəmbəri buyurub "Ey Allahdan xəbərsizlər, bilin ki, Siz bu dünyada
yatmısınız , ölən günü ayılacaqsınız.”
İnsan var olma səbəbini varlığında başa düşsə onda cəmiyyətdə, ailədə
öz qiymətini, yerini tapar. İnsan bəşəriyyətin ali varlıq olmasına
baxmayaraq nəfsani istəkləri və qüruru üzündən ən aşağı təbəqədə
yaşamağı seçim edir. Əgər insan öz əvvəlinə baxsa o dərk edər ki, onun
qiyməti nədir. Ona görə qürürlanmaq olar, ya olmaz?! Allah (c.c)
Qurani-Kərimdə buyurur:
Elə isə insan nədən yaradıldığına (bəsirət gözü ilə) bir baxsın!
O, axıb tökülən bir sudan (nütfədən) yaradılmışdır.
(O su kişilərin) bel sümüyündən, (qadınların isə) köks sümüyündən çıxar! (Tariq surəsi ayə 5-7)
Bunu dərk edən kişi və ya qadın yenədəmi öz istək və arzuladığı kimi
yaxud kimlərinsə naqis düşüncəsindən təzahür edən qayda-qanunlar
çərçivəsində yaşayacaq ?!
Ölkəni, cəmiyyəti idarə edən kişi, ya qadındır. Əgər insan öz ağlına
müraciət etsə, əlbəttə Allah onu nə üçün yaratdığını dərk edər.
Əfsuslar olsun ki, cəmiyyətimizin hazırki vəziyyəti heç də ürək açan və
müsəlman adət-ənənələrinə uyğun gəlmir. Biz özümüzü xaricilərə
bənzətdiyimiz halda xaricilər müsəlmançılığa üz tuturlar. Mən bir
Azərbaycanlı övladı kimi hazırki şəraitdən, təbliğ və təlimdən çox
narazıyam. Əgər biz avropalılar kimi gəzmək, geyinmək, yaşamaq
istəyiriksə, onda onlar nə üçün öz dinlərini, həyatlarını dəyişib
müsəlman olmağa çalışırlar. Latın Amerikası qadınları səadəti islamda
gördüyü halda, bizim bəzi qadınlarımız xoşbəxtliyi yalnız qərb
mədəniyyətində görürlər. Latın amerikalılarından bir xanım hicab
bağlayıb müsəlman olduğu bir andan cəmiyyətdə hörmətlə qarşılandığını
vurğulayaraq islam dinini qəbul etməsiylə fəxr etdiyini bildirdi. Bu
gün televiziya ekranlarında qərb teleseriallarından götürülən "ibrətlə”
hərəkət edən qızlarımız da var. Məsələn, həmin qızlar Braziliya kinosu
olan "Clon” teleserialına baxır və filimin qəhrəmanlarından olan Hadiyə
özünü oxşadaraq hicab bağlayır və bu hicabın da ömrü az olmaqla yanaşı
cəmiyyətdə bunun kim olduğundan, özünü nə cür tanıtdığından və hətta
hicab bağladığı gündən belə keçmiş vərdişlərindən əl çəkmədiyindən nə
ona, nə də onun bağladığı hicaba hörmət olunur. Görəsən biz nəyə görə
öz keçmişimizi belə tez unuduruq ?
Şükürlər olsun ki, hazırda gənclərimizin bir çoxu gecə barlarından,
lazımsız əyləncələrdən əl çəkərək məscidlərə üz tutur, mənəvi qida əldə
edərək ibadət və dualarını edirlər. Ancaq buna baxmayaraq cəmiyyətdə
hicablı xanımlara qarşı hələ də sıxıntılar var. Allah təala (c.c)
Qurani-Kərimdə buyurub: Mömin qadınlara de ki, gözlərini haram
buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb
yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə
görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan
boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş
örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri
görünməsin); zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud
ərlərinin atalarından (qayınatalarından), yaxud öz oğullarından, yaxud
ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının
oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman)
qadınlarından, yaxud sahib olduqları (müşrik) cariyələrdən, yaxud
kişiliyi qalmamış (onlarla birlikdə yemək yeyən) xidmətçilərdən, yaxud
qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına
göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək
üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. Ey möminlər!
Hamınız Allaha tövbə edin ki, nicat tapasınız! (Mətləbinizə
çatasınız!). Nur surəsi 31-ci ayə
Məncə özünü müsəlman hesab edən qadınlar bu ayədə göstərilən əmri sözsüz yerinə yet
irməlidir.
Xocalı - 26.02.1992 Şuşa - 08.05.1992 Laçın - 18.05.1992 Xocavənd - 02.10.1992 Kəlbəcər - 02.04.1993 Ağdərə - 17.06.1993 Ağdam - 23.07.1993 Cəbrayıl - 18.08.1993 Füzuli - 23.08.1993 Qubadlı - 31.08.1993 Zəngilan - 29.10.1993