Azərbaycanda İsrail təhlükəsi
İslam-Azeri
internet qəzetinin verdiyi məlumata görə İsrail prezidentinin
Azərbaycana gözlənilən səfəri ilə bağlı Milli Mənəvi Dəyərlər İctimai
Birliyi bəyənat verib.
Bəyənatı diqqətinizə çatdırırıq:
Azərbaycana səfəri ilə bağlı Milli Mənəvi Dəyərlər İctimai Birliyinin
BƏYƏNATI:
Bilindiyi kimi sionist qəsbkar rejiminin prezidenti Peresin ölkəmizə
səfəri gözlənilir. Mütləq şər rejiminin başçısının ölkəmizə gəlişi heç
də ürək açan və qəbul edilən iş deyildir. Çünki müsəlmanlar bunu yaxşı
bilməlidirlər ki, İsrail hansı ölkəyə giribsə o ölkənin mədəniyyətini,
mənəviyyatını, iqtisadiyyatını, hərbisini və əmniyyətini məhv etmişdir.
Biz bu səfəri müsəlman xalqımızın heysiyyatı ilə oynamaq kimi
dəyərləndiririk. Bu səfəri gözləyənlər heç də sevinməsinlər. Çünki
xalqımız heç vaxt işğalçı, qəsbkar və terrorçu rejimin əli qana
bulaşmış bir rəhbərini xoş üzlə qarşılamayacaq. Necə ki, Qəzza
soyqırımında minlərlə qadın, uşaq və qocanın İsrail ordusu tərəfindən
qətliamına etirazlar bunu açıq aşkar sübut etdi. Bu xalq bu qırğını
unutmayıb. Biz də təşkilatımız adından bu səfərin reallaşmasına sərt
etiraz edir, bu səfəri separatçı Qarabağ rejiminin terrorçularının
ölkəmizə səfəri kimi görürük. Əgər bu səfər reallaşsa ümid edirik ki,
sionist rejimin prezidenti bu səfərdən əli boş rüsvayçılıqla qayıdacaq.
Milli Mənəvi Dəyərlər İctimai Birliyinin sədri Hacı Abgül Suleymanov
|