AZƏRBAYCANDA İLK İSLAMİ TELEVİZİYA YARADILIR
Bu ilin aprel ayından televiziyanın izləyicilərin ixtiyarına veriləcəyi planlaşdırılır
Ölkəmizdə ilk dəfə olaraq İslami televiziya yayımlanacaq. "Birlik”
İslam İnternet Televiziyasının 1 aprel tarixindən iztifadəyə verilməsi
planlaşdırılır. Bu Azərbaycanın internet sahəsində yenilik olacaq. ADSL
internet istifadəçiləri 256mb ilə bu televiziyanı izləyə biləcəklər.
Artıq xarici şirkətlə bütün danışıqlar, müqavilələr və pul köçürməsi
həll olunub. BirlikTV barədə daha geniş məlumat veriləcək.
|