Zillət bizdən uzaqdır Çərşənbə, 2025-02-05, 7:53 PM

Nikiniz Qonaq | Qrupunuz "Qonaq" Xoş gəlmisiniz Qonaq | RSS

Bismillehir Rehmanir Rehim. Allahumme kulli veliyyikel Huccet ibnil Hesen. Selavutuke aleyhi ve ela ebaih. Fi hazissaeti ve kulli saeh, Veliyyen ve hafizen va qaidan ve nasira ve delilan ve eyna hetta tuskineku erzeka teva, ve tumettieyu fiha tevila va birehmetika ya Errahimin

Site menu

Bölmələr
Qurani Kərim
Videolar
Moizələr
Mərsiylər, Roizələr
Əhli beytimiz
Dualar
Xəbərlər
Maraqli yazılar
Müxtəlif yazılar
Şəriətimiz
Hədislər
Rəvayət və Hekayələr
Proqramlar
Evlilik
Qan yaddaşımız
Əbədi yaşarlar
Şübhələrə cavab
Şeirlər& Qəzəllər
İlahi mahnılar

Xəbər təqvimi
«  Fevral 2011  »
BB.eÇ.aÇC.aCŞ
  12345
6789101112
13141516171819
20212223242526
2728

Xəbər arxivi

Əl Əcəl Ya Mehdi


Hava haqqında

Fələstinə yardım

Baykot

Facebook

Namaz vaxti Moskva

Main » 2011 » Fevral » 17 » Axirətdə nələr olacaq?
0:08 AM
Axirətdə nələr olacaq?
İnsan Uca Allahın hər şeyi xidmətinə verdiyi ən dəyərli varlıqdır. Elə isə insan ancaq yaşayıb, əylənib, sonunda da yox olmaq üçün yaradılmamışdır. Qurani- Kərimdə buyurulmuşdur: "Məgər insan elə güman edir ki, o, başlı-başına (cəzasız) buraxılacaq?!” (Qiyamət surəsi, 36). Bu da insanın bir məqsəd üçün yaradıldığını göstərir. Yenə Qurani-Kərimin bildirdiyinə görə, "Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir).” (Zəlzələ surəsi, 7-8). Bu da insanın dünyada ikən etdiyi hər əməlinin hesabını verəcəyini təsdiq edir. İslama görə bu dünya bir imtahandır. Pis və yaxşı insanlar biri-birindən fərqləndirilib seçilməsi üçün bu dünyada imtanhandan keçirilir. Dünya həyatında sonra tam ayrı və sonsuz bir həyat başlayacaq. Axirət bu sonsuz həyatın adıdır. Hər insan doğular, böyüyər, yaxşı və ya pis bir həyat yaşayar və sonunda ölər. Dünyamız da eynən bir insan kimi ölümlüdür. Bir gün dünyanın da ömrünün sonu gələcək, bütün planet bir anda yox olacaqdır. Biz bu günə Qiyamət günü deyirik. Daha sonra Uca Allah sonsuz qüdrətiylə yeni bir aləm yaradacaq. Bu yeni aləmdə insanlar dünyadəykən etdiklərinin hesabını verib, yaxşılıq və pisliklərinin qarşılığını görəcəklər. Axirətə iman, öldükdən sonra diriləcəyimizə, dünyadaykən etdiklərimizə görə sorğu-sual ediləcəyimizə və sonunda cəzalanacaq və ya mükafatlanacağımıza inanmaqdır. Hər insan əcəli gələndə ölər. Ölüm insanın yox olması demək deyildir. Yalnız ruhun bədəndən ayrılması və sonsuz bir aləmə köçməsidir. İnsanın ölümüylə bədəndən ayrılan ruh, Axirət aləminin başlanğıcı olan qəbir həyatını yaşayar. Qəbirdə Münkər və Nəkir adında iki mələk insana bir sıra önəmli suallar verərlər. Bu sualların başlıcaları: " Rəbbin kimdir? Dinin nədir? Peyğəmbərin kimdir? Kitabın nədir?” suallarıdır. Dünyadaykən iman edib xeyir işlər görənlər bu suallara doğru cavab verərlər. İmanı tam olmayanlar isə bu suallara doğru cavab verə bilməzlər. Sevimli Peyğəmbərimiz Məhəmməd (s.a.v) qəbirdə inasanların bu fərqli hallarını belə təsdiqləməkdədir: "Qəbir hər insan üçün dünyadakı durumuna görə ya Cənnət bağçalarından bir bağça və ya Cəhənnəm çuxurlarından bir çuxurdur”. Bundan aydın olur ki, hər insan vəziyyətinə uyğun olaraq qəbir həyatı yaşayacaqdır. Qiyamətin qopma zamanı gələndə İsrafil adlı mələk Sur adı verilən bir alətə üfləyəcəkdir. Beləcə bütün Yer kürəsi alt-üst olub, bütün canlılar öləcək. İsrafilin ikinci dəfə Sura üfləməsi ilə yeni bir dünya qurulacaq və bütün ölülər diriləcək. Məhşər adı verilən böyük bir meydanda toplanacaqlar. İnsanların dünyada etdikləri hər şey bir səhifə içərisində özlərinə veriləcək. Böyük bir məhkəmə qurulacaq. İnsanlar muhakimə ediləcək. Ömrünü nə yolda bitirdiyi, elmi ilə nələr etdiyi, malını necə qazanıb hara xərclədiyi, vücudunu hansı yollara sərf etdiyi soruşulacaq. Bu məhkəmədə heç bir şeyi inkar etmək mümkün deyil. Çünki insanın əli, ayağı, gözü, qulağı hətta günah etdiyi yerləri dilə gələcək, əməllərinə şahidlik edəcək. Bir-birilərini qarşı insanların şahidliklərinə də yer veriləcək. Daha sonra insanların etdikləri xeyir və şər əməllər necə olduğunu dəqiq bilmədiyimiz bir tərəzidə ölçüləcək. Etdiyi yaxşılıqlar ağır gələnlər Cənnəti, pis əməlləri ağır gələnlər isə Cəhənnəmi qazanacaqlar. Bu tərəziyə Mizan deyilir. Bundan sonra Cəhənnəmin üzərində necə olduğunu Allahdan başqa kimsənin dəqiq bilmədiyi bir körpü qurulacaq. İnsanlar savab əməllərinə görə fərqli vəziyyətlərdə bu Sırat deyilən körpüdən keçəcəklər. Bəziləri ildırım surətilə keçib Cənnətə girəcəklər. Pis insanlar isə Sıratı keçə bilməyəcək və Cəhənnəmə yuvarlanacaqlar.



Bölmə: Maraqli yazılar | Baxılıb: 1311 | Müəllif: Əli_Şiəsi | Reytinq: 5.0/2
Ümumi şərhlər: 0
Yalnız qeydiyyatı olanlar şərh yaza bilər. Xahiş edirik qeydiyyatdan keçin və ya öz adınızla daxil olun.
[ Qeydiyyat | Adınız ]
Sayta giriş

Saytda axtar

Dinle

Onlayn İzlə

Şəkillər


Saat

Block title

Qan Yaddaşı



 Xocalı - 26.02.1992
 Şuşa - 08.05.1992
 Laçın - 18.05.1992
 Xocavənd - 02.10.1992
 Kəlbəcər - 02.04.1993
 Ağdərə - 17.06.1993
 Ağdam - 23.07.1993
 Cəbrayıl - 18.08.1993
 Füzuli - 23.08.1993
 Qubadlı - 31.08.1993
 Zəngilan - 29.10.1993

Qarabağı unutma
html kodları web tasarım

Mini çat

Sorğu
Saytın dizaynı necədir?
Total of answers: 156

Statistika

Indi saytda: 4
Ziyarətçilər: 4
İstifadəçilər: 0

Sayğac

FireFox məsləhətdi
Foxkeh banners for Firefox 2

Saytda yerləşdirilən xəbərlərə görə sayt rəhbərliyi məsuliyyət daşımır Bütün huquqlar qorunur 2025