Zillət bizdən uzaqdır Çərşənbə, 2025-02-05, 11:10 PM

Nikiniz Qonaq | Qrupunuz "Qonaq" Xoş gəlmisiniz Qonaq | RSS

Bismillehir Rehmanir Rehim. Allahumme kulli veliyyikel Huccet ibnil Hesen. Selavutuke aleyhi ve ela ebaih. Fi hazissaeti ve kulli saeh, Veliyyen ve hafizen va qaidan ve nasira ve delilan ve eyna hetta tuskineku erzeka teva, ve tumettieyu fiha tevila va birehmetika ya Errahimin

Site menu

Bölmələr
Qurani Kərim
Videolar
Moizələr
Mərsiylər, Roizələr
Əhli beytimiz
Dualar
Xəbərlər
Maraqli yazılar
Müxtəlif yazılar
Şəriətimiz
Hədislər
Rəvayət və Hekayələr
Proqramlar
Evlilik
Qan yaddaşımız
Əbədi yaşarlar
Şübhələrə cavab
Şeirlər& Qəzəllər
İlahi mahnılar

Xəbər təqvimi
«  İyun 2010  »
BB.eÇ.aÇC.aCŞ
  12345
6789101112
13141516171819
20212223242526
27282930

Xəbər arxivi

Əl Əcəl Ya Mehdi


Hava haqqında

Fələstinə yardım

Baykot

Facebook

Namaz vaxti Moskva

Main » 2010 » İyun » 2 » And içmək
2:38 PM
And içmək
İslamın nəzərincə and içmək yaxşı əməl sayılmır, ancaq haram da sayılmır. Allahın adından qeyrisinə and içmək etibarsız sayılır və ona əməl etmək lazım deyildir. Yəni onun kəffarəsi yoxdur. Ancaq Allahın adı hallandırılan and içmələrə əməl etmək vacibdir, əks halda kəffarəsini vermək lazımdır. Allah Təala «Bəqərə» surəsinin 224 və 225-ci ayəsində buyurur: "Yaxşılıq etməməyiniz, günahdan çəkinməməyiniz və camaatın arasında barışıq yaratmamağınız barədə andlarınıza Allahı hədəf qərar verməyin! Allah eşidən və biləndir. Allah sizi bihudə və boş yerə içdiyiniz andlarınız üçün cəzalandırmayacaqdır; lakin qəlbən içdiyiniz andlara görə sizi cəzalandırar. Allah bağışlayan və həlimdir."

Ayələrdən gördüyümüz kimi, Allah Təala iki növ and içmələrə işarə etmişdir. Birinci dəstə o and içmələrdir ki, mənasız və boş sayılır, onlara fikir vermək lazım deyildir. Bu o qism and içmələrdir ki, insanlar fikir vermədən öz sözlərini qüvvətləndirmək üçün istifadə edirlər və buna adət ediblər. Hər bir işdə" Vallah" işlətdiyi kimi. Bu andlara mənasız andlar deyirlər. Mənasız andlar bütün o işlərə və sözlərə deyilir ki, müəyyən məqsədi yoxdur və ya iradəli olmayıbdır.

Ona görə də insanların qəzəbli halda dediyi andlar da mənasız andlara daxildir.

İkinci qism andlar isə iradəli halda həyata keçirilən andlardır. Bu andlara əməl etmək lazımdır və ona əməl etməmək nəinki günahdır, həm də kəffarəsi vardır. Bunun kimi andların üç növ kəffarəsi vardır.

Birincisi on nəfər kasıb adamı doydurmaqdır. Ancaq bu insanlara verilən yemək az miqdarda və ya kalorisi az olan ərzaqlardan olmamalıdır. Bu yemək öz evinizdə yediyiniz yeməklərdən olmalıdır.

İkincisi on nəfər yoxsul insanın geyindirilməsidir. Bu libas onun bütün bədənini örtməlidir və İmam Baqirdən (ə) gələn hədisdə deyilir ki, bu libasın bir dənə olması da kifayətdir. Yəqin ki, burada ərəb köynəyi nəzərdə tutulur ki, uzun olduğu üçün bütün bədəni örtür, lakin o, qadınlara kifayət etməz, çünki onlara örpək də lazımdır. Burada da libasın yaxşı vəziyyətdə olmasına təkid edilir.

Üçüncüsü isə bizim dövrümüzdə yoxdur, o, bir qulu azad etməkdir.

Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, İslam qulları azad etmək, yoxsulları sevindirmək üçün müxtəlif vasitələrdən istifadə etmişdir. Və bizim bugünkü zəmanəmizdə ki, qul yoxdur, qalan iki kəffarələrdən birinə əməl edilməlidir.

Ancaq mümkündür ki, and içən adamın bunların heç birinə gücü çatmasın. Ona görə bütün bunlardan sonra Allah buyurur ki, əgər bu üç şərtə gücü çatmırsa, üç gün oruc tutsun. Ancaq bu üç gün oruc o kəslərə aiddir ki, bu üç şərtdən heç birini həyata keçirməyə gücü çatmır.

Ona görə deyə bilərik ki, andlara əməl etmək vacibdir və onu pozmaq haramdır. Ancaq əgər andını pozmusansa, kəffarə verməlisən. Bütün bu əhkamlar cəmiyyətin və fərdi insanların salamatlığı və səadəti üçündür.
Bölmə: Maraqli yazılar | Baxılıb: 631 | Müəllif: Əli_Şiəsi | Reytinq: 0.0/0
Ümumi şərhlər: 2
1 Generator  
0
ne?Hetda sadece and ichmek he wacko
Ok ok.
Chox saqol bunu bilmirdim!

2 Əli_Şiəsi  
0
Beli qardas beli.. hetta and icmek bele....

Yalnız qeydiyyatı olanlar şərh yaza bilər. Xahiş edirik qeydiyyatdan keçin və ya öz adınızla daxil olun.
[ Qeydiyyat | Adınız ]
Sayta giriş

Saytda axtar

Dinle

Onlayn İzlə

Şəkillər


Saat

Block title

Qan Yaddaşı



 Xocalı - 26.02.1992
 Şuşa - 08.05.1992
 Laçın - 18.05.1992
 Xocavənd - 02.10.1992
 Kəlbəcər - 02.04.1993
 Ağdərə - 17.06.1993
 Ağdam - 23.07.1993
 Cəbrayıl - 18.08.1993
 Füzuli - 23.08.1993
 Qubadlı - 31.08.1993
 Zəngilan - 29.10.1993

Qarabağı unutma
html kodları web tasarım

Mini çat

Sorğu
Saytın dizaynı necədir?
Total of answers: 156

Statistika

Indi saytda: 12
Ziyarətçilər: 12
İstifadəçilər: 0

Sayğac

FireFox məsləhətdi
Foxkeh banners for Firefox 2

Saytda yerləşdirilən xəbərlərə görə sayt rəhbərliyi məsuliyyət daşımır Bütün huquqlar qorunur 2025