Zillət bizdən uzaqdır Çərşənbə, 2025-02-05, 10:57 PM

Nikiniz Qonaq | Qrupunuz "Qonaq" Xoş gəlmisiniz Qonaq | RSS

Bismillehir Rehmanir Rehim. Allahumme kulli veliyyikel Huccet ibnil Hesen. Selavutuke aleyhi ve ela ebaih. Fi hazissaeti ve kulli saeh, Veliyyen ve hafizen va qaidan ve nasira ve delilan ve eyna hetta tuskineku erzeka teva, ve tumettieyu fiha tevila va birehmetika ya Errahimin

Site menu

Bölmələr
Qurani Kərim
Videolar
Moizələr
Mərsiylər, Roizələr
Əhli beytimiz
Dualar
Xəbərlər
Maraqli yazılar
Müxtəlif yazılar
Şəriətimiz
Hədislər
Rəvayət və Hekayələr
Proqramlar
Evlilik
Qan yaddaşımız
Əbədi yaşarlar
Şübhələrə cavab
Şeirlər& Qəzəllər
İlahi mahnılar

Xəbər təqvimi
«  Fevral 2010  »
BB.eÇ.aÇC.aCŞ
 123456
78910111213
14151617181920
21222324252627
28

Xəbər arxivi

Əl Əcəl Ya Mehdi


Hava haqqında

Fələstinə yardım

Baykot

Facebook

Namaz vaxti Moskva

Main » 2010 » Fevral » 26 » TÜRKİYƏDƏ SİĞƏYƏ İCAZƏ VERİLDİ, BƏS AZƏRBAYCANDA?
2:15 AM
TÜRKİYƏDƏ SİĞƏYƏ İCAZƏ VERİLDİ, BƏS AZƏRBAYCANDA?

Mənəviyyat

 

TÜRKİYƏDƏ SİĞƏYƏ İCAZƏ VERİLDİ, BƏS AZƏRBAYCANDA?

 İslam dini müsəlmanların yalnız şəriət qaydalarına əməl etməklə müvəqqəti nikaha girməsinə icazə verir

 Türkiyə Diyanət İşləri Başkanlığının (DİB) hazırladığı son "Quran” təfsirində siğəyə (müvəqqəti nikaha) izn verildiyi yazılıb. "ANS-press”in "İnternethaber” saytına istinadən yaydığı məlumata görə, illərcə sünni və şiə alimləri arasında mübahisə mövzusu olan siğə məsələsi DİB tərəfindən hazırlanan "İslam ensiklopediyası”nda "cinslər arasında müəyyən miqdarda pul ödənməsi qarşılığında müvəqqəti həyata keçirilən evlilik” kimi göstərilib.

 

Xəbərdə İslam Peyğəmbərinin (s.ə.s.) yasaqladığı bildirilərək heç bir sünni alimin siğəyə izn vermədiyi, ancaq DİB tərəfindən hazırlanan "Quran yolu türkcə məal və təfsir” adlı kitabda siğəyə izn verildiyi yazılıb.

Qeyd edək ki, yazıda da bildirildiyi kimi, bu mövzu zaman-zaman İslam alimlərinin, din tədqiqatçılarının diqqət mərkəzində olub. Təəssüf ki, mübahisə doğuran digər mövzulardan fərqli olaraq siğə (mutə) daha çox aşağılama, gözdənsalma, məzhəblərarası dartışma obyekti olub. Xüsusən də son illərdə Azərbaycanda bir sıra şəxslər qərəzdən, digərləri isə sadəcə bilməzlik üzündən siğəni İslamda olmayan, bidət və hətta əxlaqsızlıq yayılmasında vasitə kimi təqdim etməyə çalışır. Təbii ki, bunu, əksini deyənlər də var və maraqlıdır ki, hər iki tərəfin öz arqumentləri var.

Bəs əslində necədir? İslamda siğə varmı?

İslam dini mətnlərinə görə, müvəqqəti nikah sayılan mutə evlilik anlamı verir, ancaq bu zaman nikah müəyyən olunmuş vaxt ərzində qüvvədə olur. İslam şəriətində mutənin hökmü - əvvəlcədən vaxt müəyyən olunmasını çıxmaq şərtilə - qanuni kəbinin hökmü ilə eynidir. Digər fərq odur ki, mutə yalnız dul (ərindən ayrılan və bundan sonra lazımi iddə - gözləmə vaxtını bitirən) qadınlarla bağlanır. "Siğə” sözü tərcümədə "razılaşma” mənasını verir və ehtimal ki, müvəqqəti nikah qarşılıqlı razılaşma əsasında olduğundan ona camaat arasında siğə deyilib.

İslamda bütün əməllər Qurana və ya Peyğəmbər (s.ə.s) sünnəsinə (əməlləri və söylədiyi sözlər) dayanır. Mutənin qanuni olduğunu müdafiə edən alimlər Quranda bu barədə yazılmış ayəyə istinad edirlər. Müqəddəs kitabın "Nisa” ("Qadınlar”) surəsinin 24-cü ayəsi mutəni təsdiqləyən dəlil sayılır: "(Cihad vaxtı əsir olaraq) sahib olduğunuz (cariyələr) müstəsna olmaqla, ərli qadınları almaq Allahın yazısı (hökmü) ilə sizə (haram edildi). Bunlardan başqaları isə namusla (iffətlə), zinakarlığa yol vermədən, mallarınızı sərf edərək evlənmək üçün sizə halal edildi. Mutə etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin! Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz. Həqiqətən Allah (hər şeyi) biləndir, hikmət sahibidir!”

Alimlərə görə, ayədəki "mutə” sözü müvəqqəti nikaha işarədir. Böyük İslam alimləri, təfsirçilər Fəxri Razi, Cəlaləddin Suyuti öz əsərlərində ayənin müvəqqəti evlənmə ilə bağlı olduğunu yazıblar. O cümlədən mötəbər hədis mənbələrindən sayılan "Səhih Muslim”də məşhur səhabə (Peyğəmbərlə bir dövrdə yaşamış və onunla çiyin-çiyinə mübarizə aparmış insanlar) Cabir ibn Abdullah Ənsarinin dilindən nəql olunur ki, "Biz Peyğəmbərin, Əbu Bəkr və Ömərin zamanında mutə edərdik...”

Mutənin halal olması ilə bağlı digər səhabə və imamlardan da çoxsaylı hədis və rəvayətləri gəlib çatıb. Bunlar arasında İmam Əli (ə), Əbuzər, İbn Abbas, Abdulla ibn Məsud, Abdulla ibn Ömər, Zübeyr, Übeyy ibn Kəb, Əbu Səid əl-Xidri və başqaları var. Eyni zamanda yuxarıdakı yazıda göstərildiyi kimi, mutəni Peyğəmbərin (s.ə.s) ləğv etməsi də mübahisəlidir. Daha doğrusu, mənbələrdə müvəqqəti nikahı İslam Peyğəmbərinin (s.ə.s) ləğv etməsi ilə bağlı ciddi məlumat yoxdur.

Mutə İslam Peyğəmbərinin (s.ə.s) sağlığında deyil, ondan sonra II Xəlifə Ömərin hakimiyyət dönəmində ləğv olunub. Yuxarıda Abdullah Ənsaridən nəql olunan rəvayətdə də bu qeyd olunub. Yenə "Səhih Muslim” kitabında qeyd olunur ki, İslam ordusu Məkkəyə daxil olanda Rəsulullah (s.ə.s) müsəlmanlara mutə etmək hüququnu tanıdı. Sonrakı dövrdə, xüsusən də Peyğəmbərdən (s.ə.s) sonra mutə İslam dinində halal buyrulmuş əməl kimi qalıb. Ancaq II Xəlifə Ömərin zamanında mutə nikahından bəzi insanların sui-istifadə etməsi ilə bağlı sözlər yayılır. Bundan sonra Ömər mutəni haram (qadağan) edir.

Sonrakı dövrdə bir qrup müsəlman bu qadağanı əsas götürərək mutənin yasaq olunduğunu iddia edir. Hətta qadağanın müəllifinin İslam Peyğəmbəri (s.ə.s) olması haqda rəvayətlər də meydana çıxıb. Amma unutmaq olmaz ki, mutə Quranda göstərildiyi üçün onu yalnız daha sonra nazil olan Quran ayəsi qadağan edə bilər, Peyğəmbər (s.ə.s) hədisi yox. Bu, İslamın qızıl qanunudur. Hazırda Əhli-beyt şiə məzhəbi yuxarıda qeyd olunan hədis və ayəyə istinad etməklə mutənin halal olduğunu qəbul edir. Sünni məzhəbi isə bəzi əxlaqsız insanların yararlanacağını əsas götürərək haram fətvası verən II Xəlifə Ömərin qadağasını qəbul edirlər.

Ancaq bir məqamı unutmaq olmaz ki, mutə yalnız şiə mənbələrində və ya onların güvəndiyi ədəbiyyatlarda halal sayılmır. Yuxarıda qeyd olunan hədislərin hamısı məhz sünni məzhəbinin mötəbər saydığı kitablardan götürülüb. Günümüzdə də bir çox tanınmış İslam alimləri məzhəbindən asılı olmayaraq mutənin halal, Allah kitabında icazə verilmiş əməl olduğunu bildirirlər. Türkiyə nümunəsi qeyd olundu. Həmçinin İslam dünyasının öndə gedən təhsil mərkəzlərindən sayılan Misirin dünyaca məşhur Əl-Əzhər Universitetinin rektoru, tanınmış alim Tantavi bu ölkənin "əl-Mustəqilla” televiziyasına müsahibəsində mutənin İslam dinində olduğunu təsdiqləyib.

Təəssüf ki, bu gün yalnız İslam düşmənləri deyil, bəzi müsəlmanlar da mutə üzərində təbliğat quraraq əslində İslamı gözdən salır. Amma İslam ilahi dindir, burada gələn hökm və göstərişlər bir qrup və ya müəyyən zaman üçün yox, insanlıq üçün nəzərdə tutulub. Digər yandan, mutə bəzi düşmən fikirlərin əksinə olaraq nəinki əxlaqsızlığın yayılmasına yardım edir, əksinə, onun qarşısının alınmasında müstəsna rol oynayır. İmam Əli (ə) mutəni nəzərdə tutaraq deyib: "Belə bir ilahi mərhəmətdən istifadə edilərsə, hansı normal insan əxlaqsızlıq edib zinaya üz tutar?”

Əlbəttə, qeyri-qanuni cinsi münasibətlər tarix boyu həmişə olub. Bu gün də bəşəriyyətin ən böyük bəlalarından birinin yaranma səbəbi budur. Qanunsuz münasibətlər isə çoxlu sayda məişət problemlərinə gətirir. Yalnız İslam dini ailə qurmaq üçün imkanları olmayan və ya ailəsindən aralı düşən insanlar üçün qanuni çıxış yolu göstərir.

Yuxarıda mutənin bəzi əsas şərtləri qeyd olundu. Müvəqqəti nikahın bütün şərtləri, - daimi olmaması fərqi ilə, - daimi nikahla eynidir. Üstəlik, bu nikah bağlananda da müsəlman kişilərin (eləcə də qadınların) kəbində olduğu kimi öhdəlikləri var. Müsəlman yalnız şəriət kitablarında ətraflı şəkildə qeyd olunan şərtlərə əməl etməklə mutə nikahına girə bilər.

 

KƏNAN

Bölmə: Maraqli yazılar | Baxılıb: 792 | Müəllif: _Gunahkar_ | Reytinq: 5.0/1
Ümumi şərhlər: 5
5 Rastrapovech  
0
Hami bunu isteyir amma eshtidiyime gore bunun mesuliyyeti chox
boyukdur....Her insan bunu emelli bashla emel ede bilmir....
No yegin komeyi deyer...

4 _Gunahkar_  
0
sen de twk yazmaqdan axirda twk olacaqsan

3 The_First  
0
twk.... wink wink wink

1 Resoka  
0
Azerbacandada icaze var amma Bunu edmesen yaxsidir

2 _Gunahkar_  
0
nece yani etmesen yaxsidir? Peygember sehv deyib bu sozu? angry

Yalnız qeydiyyatı olanlar şərh yaza bilər. Xahiş edirik qeydiyyatdan keçin və ya öz adınızla daxil olun.
[ Qeydiyyat | Adınız ]
Sayta giriş

Saytda axtar

Dinle

Onlayn İzlə

Şəkillər


Saat

Block title

Qan Yaddaşı



 Xocalı - 26.02.1992
 Şuşa - 08.05.1992
 Laçın - 18.05.1992
 Xocavənd - 02.10.1992
 Kəlbəcər - 02.04.1993
 Ağdərə - 17.06.1993
 Ağdam - 23.07.1993
 Cəbrayıl - 18.08.1993
 Füzuli - 23.08.1993
 Qubadlı - 31.08.1993
 Zəngilan - 29.10.1993

Qarabağı unutma
html kodları web tasarım

Mini çat

Sorğu
Saytın dizaynı necədir?
Total of answers: 156

Statistika

Indi saytda: 14
Ziyarətçilər: 14
İstifadəçilər: 0

Sayğac

FireFox məsləhətdi
Foxkeh banners for Firefox 2

Saytda yerləşdirilən xəbərlərə görə sayt rəhbərliyi məsuliyyət daşımır Bütün huquqlar qorunur 2025