"Əhli-beyt"
sözü lüğətdə "ev əhli" mə`nası verməsinə baxmayaraq, istilahi mə`nada
İslam Peyğəmbərinin ailəsi, övladları məfhumunu daşıyır və yalnız xüsusi şəxslərə
aid edilir. Bu şəxslərin kim olması Peyğəmbərin özündən nəql olunan onlarca rəvayətdə
açıq-aşkar bəyan edilmişdir. Bu rəvayətlərdə yalnız Əli (ə), Fatimə (ə.s), Həsən
(ə), Hüseyn (ə) və imam Hüseynin nəslindən olan və Peyğəmbərin vəfatından sonra
dünyaya gələn doqquz nəfər o Həzrətin Əhli-beyti kimi təqdim edilmişdir. O rəvayətlərdən
bir neçəsini nümunə olaraq əziz oxucuların nəzərinə çatdırırıq...
1- Şeybənin
qızı Səfiyyə Ayişədən nəql edir ki, bir gün Peyğəmbər əbasını çiyninə salıb evdən
çıxdı. Bu zaman Əlinin oğlu Həsən o həzrətin yanına gəldi. Peyğəmbər onu əbasının
altına çəkdi. Sonra Hüseyn, daha sonra Fatimə, ondan sonra da Əli gəldi.
Peyğəmbər hamısını əbasının altına toplayıb bu ayəni tilavət etdi...
"Allah-taala istəyir ki, bütün günah və
çirkinlikləri yalnız siz Əhli-beytdən uzaqlaşdırsın və sizi tamamilə pak-pakizə
qərar versin." ("Əhzab" surəsi, 33)
"Səhihi-Müslüm", 4-cü cild, səh.1885,
2424-cü hədis;
"Təfsiri-Təbəri", 12-ci cild, səh.6, 22-ci
hissə.
"Əl-Müstədrəku ələs-səhiheyn", 3-cü cild, səh.159,
4707-ci hədis;
"Əs-sünənul-kubra", 2-ci cild, səh.212,
2858-ci hədis.
2- Amir ibni Sə`d ibni Əbi Vəqqas öz atasından nəql
edir ki, vəhy nazil olan zaman Peyğəmbər Əli, Fatimə və onun iki oğlunu (Həsən
və Hüseyni) əbasının altına çəkib dedi... "Pərvərdigara, bunlar mənim Əhli-beytimdir."
"Səhihi-Müslüm", 4-cü cild, səh.1871, 32-ci
hədis;
"Müsnədi ibni Hənbəl", 1-ci cild, səh.391
1608-ci hədis;
"Əl-Müstədrəku ələs-səhiheyn", 3-cü cild, səh.163,
4719-cu hədis.
3- İsa ibni Əbdüllah ibni Malik ikinci xəlifə Ömər
ibni Xəttabdan belə nəql edir... Peyğəmbərin belə buyurduğunu eşitdim... Ey
camaat, mən yaxın zamanlarda sizin aranızdan gedəcəyəm. Qiyamətdə siz də gəlib
mənə qovuşacaqsınız. (Burada Peyğəmbər onlara Qur`an və Əhli-beytin hüquqlarına
riayət etmək barədə çoxlu tövsiyələr etdi). Ömər deyir... Mən -ey Allahın Rəsulu,
sənin Əhli-beytin kimlərdir? -deyə soruşdum. Həzrət buyurdu... "Mənim Əhli-beytim
Əli, Fatimə, onun iki övladı (Həsən və Hüseyn) və Hüseynin nəslindən olan
doqquz nəfər əməlisaleh imamlardır. Onlar mənim itrətim, ətim və
qanımdır."
"Kifayətül-əsər", səh.91, "Təfsiri-burhan",
1-ci cild, səh.9
4- İbni Abbas "Büruc" surəsinin birinci ayəsi
barəsində deyir... Peyğəmbər (s.ə.v.v) buyurdu... "Mən asimanam, Əhli-beytimdən
olan imamlar isə onun bürcləridir. Onlar on iki nəfərdir."
"Yənabiul-məvəddət", 3-cü cild, səh.253,
59-cu hədis.
AYƏTULLAH XAMENEİ ƏRBƏİNİ HÜSEYNİ MƏRASİMİNDƏ
İran İslam İnqilabı Rəhbəri Ayətullah Xamenei, Dünən Ərbəini
Hüseyni münasibətiylə bir matəm mərasimi təşkil edib, İranın Zəncan xalqından
da coşğun bir qrupu qəbul etdi
İsra.Az saytının Farsnyusa istinadlı xəbərinə görə, Ərbəin-i
Hüseyninin ildönümü münasibətiylə Əhli Beyt aşiqləri matəmə büründü, İslam
İnqilabı Rəhbəri də dünən İmam Xomeyni (r) Hüseyniyəsində təşkil edilən matəm mərasimində,
Zəncan şəhərindən gələn coşğun və ümumiyyətlə gənc bir birlik arasında oldu.
Ölkənin üst səviyyə səlahiyyətlilərinin də olduğu bu mərasimdə
Zəncanlı məddahlar, Kərbəla faciəsiylə əlaqədar oxuduqları mərisyələriylə Hz
İmam Hüseyn (s), Hz Zeynəb (s.ə) və digər Kərbəla Şəhidlərini gözyaşları tökərək
andılar.
Xocalı - 26.02.1992 Şuşa - 08.05.1992 Laçın - 18.05.1992 Xocavənd - 02.10.1992 Kəlbəcər - 02.04.1993 Ağdərə - 17.06.1993 Ağdam - 23.07.1993 Cəbrayıl - 18.08.1993 Füzuli - 23.08.1993 Qubadlı - 31.08.1993 Zəngilan - 29.10.1993