Ölkəmiz müstəqillik əldə etdikdən sonra yadda qalan məqamlardan biri də dinə azadlıq verilməsi oldu. Bu qərardan sonra ölkəmizə ayaq açan üzdəniraq misyonerlərdən ən öncülləri yenə vəhhabilər oldular. Onlar 1992-ci ildə Azərbaycana ayaq açmağa başladılar. Və bu dövrdən başlayaraq Azərbaycanda sünni-şiə, namazın necə qılınması və s. məsələlər aktuallaşmağa başladı. Bundan əvvəl Azərbaycanda belə bir ayrıseçkiliyə yol verilməmiş, zaman-zaman bu torpaqda şiə-sünnilər arada heç bir narazıçılıq olmadan qardaş kimi yaşamışlar. Vəhhabi misyonerləri ətraflarında bir çox üsullarla bir dəstə insan toplaya bildilər. Azərbaycanda vəhhabiliyin yayılmasının əsas səbəbləri bunlardır: 1. Dini maarifsizlik amili. 70 il dindən uzaq düşmüş xalqımız dini cəhətdən savadsız olması. 2. Xurafat amili. Belə ki, ateizm zamanında xalqda dini etiqadlardan çox xurafatlar dinini tərkib hissələri kimi tanınırdı
Bundan da istifadə edən vəhhabilər bu xurafatların doğurdan da dinin tərkib hissəsi olmadığını bildirərək və guya bizim məzhəbin inanclarının tərkib hissəsi olduğunu hiyləgərliklə xalqa çatdırmaları. 3. Maddiyyat amili. Onlar yardım yolları ilə işsiz və qaçqın təbəqəni öz əllərinə alırlar. Vəhhabilərin Bakıda məlum olan ən böyük xeyriyyə təşkilatı Küveytin "İslam İrsinin Dirçəlişi" cəmiyyətidir. Bununla belə mətbuatda da getdiyi məlumatlara görə "Xəlifə" islam (vəhhabi) təşkilatı Azərbaycanda vəhhabiliyin yayılması üçün üç milyon dollar pul ayırmışdır. Belə faktlar çoxdur. 4. Müstəqilliydən sonra da həqiqi islamın və islam dəyərlərinin xalqa çatdırılmaması və ya qeyri-peşəkar təbliğ. Belə ki, islam libasına bürünmüş bəzi "bozbaş molla"ların islama biznes, pul qazanmaq yolu kimi baxmaları buna səbəb olmuşdur. Bu cür "dindarlar" nəyin ki, həqiqi islamı xalqa çatdırdılar, əksinə xalqın həqiqi islamdan uzaqlaşmasına və başda vəhhabilik olmaqla digər firqə və dinlərə üz tutmalarına səbəb oldular. Mənəviyyatımıza, dini dəyərlərimizə, mədəniyyətimizə və dövlətçiliyimizə qarşı yönəlmiş vəhhabilik artıq bu gün real təhlükə mənbəyi olaraq qəbul edilməlidir! Son hadisələr də bunu göstərir. Belə ki, mətbuatımızda yer alan iyulun 12-dən 13-ə keçən gecə (2005-ci il) Milli Təhlükəsizlik Nazirliyi Novxanı kəndində gizlənən bir qrup silahlı vəhhabinin zərərsizləşdirilməsi məqsədilə xüsusi əməliyyat keçirir. MTN əməkdaşlarının gəlişindən xəbər tutan vəhhabilər onlara silahlı müqavimət göstərib. İki saata yaxın davam edən atışmada üç vəhhabi öldürülür. Əməliyyat zamanı altı terrorçunun həbs olunduğu bildirilir. Bundan sonra onlardan daha iki nəfər 3-cü mikrorayon ərazisində zərərsizləşdirilir və maşınlarından külli miqdarda silah-sursat aşkar olunur. 2005-ci ilin axırlarında Xaçmaz şəhərində aşkar olunan silah anbarı və s. bunu təstiq edir. Azərbaycanda ən çox vəhhabilik Xaçmaz, Siyəzən, Quba, Qusar, Zaqatala və Şamaxıda yayılmışdır. Belə ki, bu şəhərlərdə dinə riayət edənlərin böyük əksəriyyətini vəhhabi firqəsi ardıcılları təşkil edir. Ölkəmizin paytaxtında da vəhhabilik durmadan artmaqdadır. Təsadüfü deyil ki, onların Azərbaycandakı mərkəzləri və dayaq nöqtələri Bakıdakı "Əbu-Bəkr" məscididir. Oranın vəhhabi rəhbəri mətbuata verdiyi müsahibələrinin birində cümə günü məsciddə 7 min dindarın namaz qıldığını bildirir. Və ona ünvanlanan vəhhabi sözünə etiraz olaraq bildirir ki, ümumiyyətlə vəhhabilik deyə bir şey yoxdur. Biz müsəlmanıq. (Diqqət!) Bu hadisələrdən əlavə vəhhabilər broşurlar paylayıb xalqı çaşqınlığa salmaq istəyirlər. Bu broşurların birində Peyğəmbər (s.a.a) məscidinin şeyxinin yuxuda Peyğəmbər (s.a.a)-ı gördüyü qeyd olunduqdan sonra bu broşuru oxuyan şəxsdən tələb edilir ki, bu broşurdan ən azı on nüxsə çıxarıb paylasın. Əks təqdirdə ya ölümlə ya da acı aqibətlə üzləşəcək. Hörmətli bacı və qardaşlarımıza onların bütün bəşəriyyət, xüsusilə də müsəlmanlar üçün təhlükəli olan əqidələrini qeyd edək. Onu da bildiririk ki, bu məqalənin II hissəsində onların əqidələri haqqında geniş məlumat veriləcək və əqidələrinə Qur`an, sünnət və ağıl baxımından cavab veriləcək, yalnışlığı sübut olunacaq. Biz burada onların əqidələrini sistemləşdirilmiş halda qeyd edirik ki, oxucular vəhhabilərin hansı əqidələrə sahib olduqlarını anlasınlar.
Xocalı - 26.02.1992 Şuşa - 08.05.1992 Laçın - 18.05.1992 Xocavənd - 02.10.1992 Kəlbəcər - 02.04.1993 Ağdərə - 17.06.1993 Ağdam - 23.07.1993 Cəbrayıl - 18.08.1993 Füzuli - 23.08.1993 Qubadlı - 31.08.1993 Zəngilan - 29.10.1993